Gəncəyə yeni rəis təyin edildi

Daxili İşlər orqanlarında yeni təyinat olub.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, bu barədə Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.
Əmrə əsasən, polis mayoru Eldar Əliyev Gəncə 9 saylı Rayonlararası İmtahan-Qeydiyyat Şöbəsinə rəis təyin edilib.
Yeni rəis bir müddət öncə yaş həddi ilə bağlı təqaütə göndərilən polis polkovniki Mayis Əhmədovu əvəz edirdi.