General oğlunun döydüyü avtobus sürücüsü: “Dedim qadınlar var...”
14:49 10.04.2018
Arxiv
1447
Avtobus sürücüsünə qarşı xuliqanlıqda təqsirləndirilən general Novruzəli Orucovun oğlu Rüstəm Orucov, onunla birlikdə ittiham edilən Pərviz Abbasov və Kənan Vəliyevin barələrində olan hökmdən verdikləri apellyasiya şikayəti üzrə məhkəmə davam edib.
Lent.az-ın məlumatına görə, Bakı Apellyasiya Məhkəməsində hakim Sahibxan Mirzəyevin sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş avtobus sürücüsü Sənan Səmədov ifadə verib.
O, bildirib ki, Rüstəm Oruocov onu yumruqla vurub: "Mübahisəmiz "Əcəmi darəsində" baş verdi. Buna səbəb siqnal verməyim oldu. Normal şəkildə yanıma gəldi. Niyə siqnal verdiyimi soruşdu. Ona yol nişanını göstərdim. Mənə nəlayiq söz işlətdi. Dedim maşında qadınlar var.. Nömrəmi istədi, vermədim, maşını arxamca sürdü. Axırıncı dayanacaqda Rüstəm mənə tək yaxınlaşdı. Məni qırağa çəkdi. Qəflətən yumruqla vurdu. Yerə yıxılıb özümüdən getdim"
Qeyd edək ki, Baş Prokurorluğun yaydığı rəsmi məlumata əsasən, ötən il iyulun 3-də Bakı şəhər sakini R.Orucov sürücülük hüququndan məhrum olunmasına baxmayaraq, idarə etdiyi BMW markalı 10-OG-300 dövlət nömrə nişanlı avtomobillə yol hərəkəti qaydalarını pozduğuna görə ona əsaslı irad bildirmiş sürücü Sənan Səmədovun idarə etdiyi marşrut avtobusunu 8 dayanacaq təqib edərək sərnişinlərin narahatlığına və insanlarda vahiməyə səbəb olub, vətəndaşların gözü qarşısında bir qrup şəxslə həmin sürücüyə xəsarətlər yetirərək xuliqanlıq edib. R.Orucov piyadanın ölümünə səbəb olan yol-nəqliyyat hadisəsi törədib hadisə yerindən qaçdığına görə hələ 2014-cü ildə 4 il müddətinə azadlıqdan məhrum olub, 2016-cı ildə isə şərti olaraq vaxtından əvvəl azad edilib. Yuxarıda qeyd olunmuş xuliqanlıq hadisəsi də məhz onun şərti azadlıqda olduğu dövrdə baş verib.
Binəqədi Rayon Məhkəməsinin hökmü ilə R.Orucov 4 il 6 ay, P.Abbasovla K.Vəliyevin hər biri 1 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. P.Abbasov və K.Vəliyev məhkəmə zalında həbs olunub.
Onu da qeyd edək ki, məlum hadisədən sonra general-mayor Novruzəli Orucov Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin həqiqi hərbi xidmətə çağırış üzrə müavini vəzifəsindən azad edilib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Zelenski: Rusiyada vurulacaq növbəti hədəfləri müəyyən etdik
16:07 15.09.2026
Dünya
Bakıdakı tıxac problemini kritik həddə çatıb - Hüquqşünas
16:02 15.09.2026
İnfrastruktur
Hakan Çalhanoğlu zədələndi
15:49 15.09.2026
Futbol
Məhkuma poçtla göndərilmiş bağlamada narkotik aşkarlanıb
15:44 15.09.2026
Hadisə
Bu il Azərbaycana 600-dən çox elektromobil idxal edilib
15:33 15.09.2026
İqtisadiyyat
Avropa Parlamenti Ermənistanla bağlı qərarı təsdiqlədi
15:32 15.09.2026
Gündəm
Skuterlə sərnişin daşımaq olmaz, bu qadağandır - Eldəniz Cəfərov
15:31 15.09.2026
Aktual
Əraqçi Pekinə gedəcək
15:26 15.09.2026
Dünya
Lukaşenko: Belarusda siyasi məhbus yoxdur
15:19 15.09.2026
Gündəm
Ərdoğan Azərbaycanı təbrik edib
14:55 15.09.2026
Gündəm
Nazir: Hakan Fidanın Azərbaycana səfəri tarixi günə təsadüf edir
14:31 15.09.2026
Gündəm
Lavrov: Rusiya Ukrayna üzrə yeni danışıqlar raunduna hazırdır
13:49 15.09.2026
Gündəm
Putinin köməkçisi: Polşanı iki günə məhv edərik
13:35 15.09.2026
Dünya
İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib
13:12 15.09.2026
Siyasət