Generalların Bakı görüşü... - Aktual şərh





"Generalların Bakı görüşü Kerç böhranının yoluna qoyulmasında, yeni müharibənin qarşısının alınmasında olduqca vacib addımdır”.

Bunu "Sherg.az”a açıqlamasında "Sülh və Münaqişələrin Həlli Mərkəzi”nin rəhbəri Məhəmməd Əsədullazadə deyib.

Ekspert bildirib ki, Rusiya və Ukrayna arasında yaşanan Kerç böhranı NATO-nun Qara dənizdə hərbi donanmasını gücləndirməsinə və Şərqi Avropada hərbi hərkətliliyini artırmasına gətirib çıxarır. Bu da Rusiyanı ciddi şəkildə narahat edir: 

"Rusiyanın Azov dənizinə girişlə bağlı məhdudiyyətlər qoyması NATO-nu hərəkətə gətirdi. Qərb ölkələri Ukrayna məsələsini yoluna qoymaq üçün Rusiya ilə təmas qurmağa çalışırlar. Məhz bu böhran səbəbindən NATO generalı Körtis Skaparotti ilə Rusiya Silahlı Qüvvələrinin baş qərargah rəisi Valeri Gerasimov Bakıda növbəti dəfə görüşmək qərarına gəlib. Şübhəsiz ki, generalların Bakı görüşündə Kerç böhranı, Ukrayna gəmilərinin və hərbiçilərinin geri qaytarılması, Qara dənizdə NATO-nun hərbi gəmilərinin aktivliyi və s. məsələlər müzakirə olunacaq.

Tərəflərin Bakı görüşündə müəyyən razılığa gələcəyi də istisna edilmir. Çünki, Ukrayna Rusiya arasında potensial müharibə təhlükəsi var. Davam edən böhranı danışıqlar yolu ilə həll etmək üçün əvvəlcədən razılaşdırlmış şəkildə generallar Bakı görüşündə müəyyən razılığa gələcəklər. NATO generalı Ukraynanın vəkili kimi Rusiya ilə danşıqlar aparacaq. Moskvanın müəyyən qədər kompromisə gedəcəyi gözlənilir”.

İsmayıl