Georgi Zuyev Bakıya gəlməsə yaxşıdır
21:45 28.11.2017
Arxiv
866
Kəşfiyyatçının ölkəmizə səfir təyin edilməsi Kremlin yeni planlarından xəbər verə bilər
Rusiyanın Xarici İşlər Nazirliyi Georgi Zuyevin yeni səfir kimi təyinatına Azərbaycandan aqreman almayıb. Yerli mətbuatın yazdığına görə, buna səbəb Georgi Zuyevin qatı ermənipərəst mövqeyi ilə bağlıdır. Deyilənə görə, Rusiya Dövlət Duması Azərbaycanda yeni səfir kimi Zuyevin namizədliyini hələ iyulun əvvəlində təsdiqləyib.
Rusiya Dövlət Dumasının MDB, Avrasiya inteqrasiyası və həmvətənlərlə iş Komitəsinin sədri Leonid Kalaşnikov isə deyib ki, mətbuatda adı hallanan Rusiya Xarici İşlər Nazirliyinin Kadrlar Departamentinin direktor müavini Georgi Zuyevin Azərbaycanda səfir vəzifəsinə namizədliyi məsələsinə baxılmır: "Bildiyim qədəri ilə yeni səfir hazırda MDB ölkələrindən birində səfir vəzifəsini tutan diplomat olacaq. Qabaqcadan həmin şəxsin adını açıqlamaq istəmirəm”.
Ziddiyyətə səbəb olan məsələ ilə bağlı "Şərq”ə danışan politoloq Azər Rəşidoğlu deyib ki, Rusiya Azərbaycanda mövqelərini gücləndirməyə çalışır.
Ekspertin fikrincə, Zuyev daha çox bir kəşfiyyatçı kimi tanınır və belə bir şəxsin Azərbaycana səfir təyin edilməsi Kremlin Azərbaycan siyasətinə daha çox önəm verdiyinə dəlalət edir:
"Moskva Azərbaycanı hər vasitə ilə özünə bağlamaq istəyir. Şübhəsiz ki, bir kəşfiyyatçının, özü də ermənipərəst imicli bir şəxsin ölkəmizə səfir təyin edilməsi Kremlin yeni planlarından xəbər verə bilər. Onu da unutmaq olmaz ki, Moskva münaqişə vəziyyətində yaşayan ölkələrə silah satır. Kreml Ermənistan ordusunu silah və zabitlərlə tam təmin edir. Lakin eyni zamanda Rusiya Azərbaycana da silah satır və milyardlar qazanır.
Digər tərəfdən, Azərbaycanın başqa ölkələrdən də silah almaq şansı var. Görünür, Zuyevin təyinatı ilə bağlı söz-söhbət eyni zamanda Rusiya hərbi-sənaye kompleksinə vura biləcək zərərin qarşısını almaq üçün düşünülüb. Zuyev Bakıya Kremlin şərtlərini Doroxindən daha sərt formada çatdıra bilər. Bu baxımdan, onun təyinatına Bakının razı olacağı ehtimalı o qədər də böyük deyil”.
İsmayıl
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual
Dizel bahalaşacaq
20:21 21.09.2026
İqtisadiyyat
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
19:56 21.09.2026
Hadisə
Biləsuvarda açıq ərazidə yanğın söndürüldü
19:34 21.09.2026
Hadisə
Hörmüz boğazında mayeləşdirilmiş təbii qaz tankerinə hücum olub
19:23 21.09.2026
Dünya
Xəzər dənizində zəlzələ olub
18:48 21.09.2026
Hadisə
Rusiya-Ukrayna müharibəsinin sonu hələ görünmür - RƏY
18:35 21.09.2026
Siyasət
Nərimanovda çoxmərtəbəli yaşayış binasında yanğın var
18:19 21.09.2026
Hadisə