Girovun bacısı telekanallardan KÖMƏK İSTƏDİ:" Qızını çəkib, efirə göstərsəydilər.."




"Şahbazla bağlı heç bir yeni xəbər yoxdur. Yenilik odur ki, Şahbazın qızına atasının girovluqda olmasını söylədik və artıq qızı da bilir". 

Bu barədə Sherg.az-a Kəlbəcərə yaxınlarının qəbrini ziyarət etməyə gedərkən erməni əsgərləri tərəfindən girov götürülən Şahbaz Quliyevin bacısı İradə Quliyeva bildirib. İ. Quliyeva telekanallardan kömək istəyib:

" Heç olmasa telekanallar Şahbazın qızını efirə çəkib, göstərsəydilər, o da atasını istədiyini bildirərdi. Düzdü, dövlət maraqlanır. Hər halda istəyirəm ki, onun qızını danışdırsınlar".

Qeyd edək ki, Dilqəm Əsgərov və Şahbaz Quliyev 2014-ci ilin iyulun 11-də doğma torpaqları olan Kəlbəcərdə əzizlərinin məzarlarını ziyarət edərkən girov düşüblər. Onlarla birgə Kəlbəcərə getmiş Həsən Həsənov erməni silahlıları tərəfindən qətlə yetirilib. Ermənistan hökuməti hər 3 azərbaycanlını diversant kimi təqdim ediblər. Separatçı Dağlıq Qarabağ rejiminin "məhkəməsi” 2014-cü ilin dekabrın 19-da Dilqəm Əsgərovun ömürlük, Şahbaz Quliyevin isə 22 il müddətinə azadlıq məhrum edilməsi barədə "hökm” çıxarıb.

Ayyət