Göyçayda körpü niyə uçub? - Deputatla jurnalist danışır - Fikirlər haçalandı
14:32 04.06.2018
Arxiv
1084
İyunun 2-də günorta saatlarında Göyçay rayonunun təxminən ortasından (rayon mərkəzinin bir hissəsi də çayın sahillərində yerləşir) keçən çayın üzərindəki körpünü su yuyub. Öncə piyada körpüsü uçub. Gecə saatlarında isə uzunluğu 74 metr olan, rayonda gedib-gəliş üçün yeganə avtomobil körpüsünün də 15 metr hissəsi uçub.
Faktiki olaraq, Göyçay rayonu hazırda ikiyə bölünüb, rayon mərkəzinin 30-dan çox kəndlə əlaqəsi kəsilib. Həmçinin, çayın sahillərində yerləşən evlərə ciddi ziyan dəyib, bir neçə evi su basıb, xeyli həyətyanı sahəni su yuyub aparıb. Çayın sahilində yerləşən ikimərtəbəli, 14 mənzilli bina da qəzalı vəziyyətə düşüb. Onlarla ailə təhlükə qarşısındadır.
Göyçayda baş verən fəlakətlə bağlı Musavat.com saytı isə fərqli araşdırma dərc edib. Jurnalist Elşad Məmmədlinin məqaləsində qeyd olunub ki, rayonda körpünün uçmasının səbəbi son 10 ildə çayın məcrasının talan edilməsidir.
Məqalədə vurğulanıb ki, son 10-12 il ərzində sabiq nəqliyyat naziri Ziya Məmmədovun 2 şirkətinin, Səlim Müslümovun 1, sabiq başçı Mübariz Ağayevin 1 və xüsusi ilə ATF adlı bir şirkətin çayın axarında çınqıl zavodu tikməsi, Göyçay çayının məcrasını 30 metr dərinləşdirməsinə səbəb olub. E. Məmmədli yazısında qeyd edib ki, Göyçay sakinləri bu problemi illər öncə görüblər və müraciət etmədikləri orqan qalmayıb. Hələ aylar öncə bu zavodların Göyçay çayının məcrasını talan etmələri və faktiki olaraq rayona fəlakət hazırlamaları ilə bağlı məhkəməyə, prokurorluğa müraciətlər edilib. Lakin indiyədək ciddi bir nəticə olmamışdı. Nəhayətdə, belə bir ağrılı fəsad ortaya çıxıb.
Bu barədə "Sherg.az”a danışan Elşad Məmmədli deyib ki, yaranmış problemin həll edilməsi üçün tədbir görüləcəyinə inanır:
"Artıq körpünün uçmasına səbəb olan amillərin qarşısının alınması üçün işlərin başlandığını deyiblər. Amma nəticə haqda danışmaq tezdir”.
Göyçay-Ağdaş seçki dairəsinin deputatı Elman Nəsirov isə bu məsələ ilə bağlı təsdiqlənmiş faktlar olmadan iddialar ortaya atılmasını dəstəkləmir:
"Hazırda yaranmış vəziyyətlə bağlı müvafiq dövlət komissiyası çalışır. Fövqəladə Hallar Nazirliyi və digər qurumlar problemlə məşğuldur. Mövcud komissiyanın yekun rəyi olduqda problemin səbəbləri, bunların necə aradan qaldırılması ilə bağlı fikir söyləmək olar. Hər halda bizdə olan məlumata görə, körpünün aşması sel sularının yaratdığı fəsadlarla əlaqədardır. Xüsusilə, İsmayıllıdan gələn sel sularının məcrasından çıxması səbəbindən bu vəziyyət yaranıb”.
Aysel Aslan
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Aleksandr Vuçiç sentyabrın sonunda istefa verəcək
15:53 11.09.2026
Dünya
Lukaşenko: Belarus ordunun döyüş hazırlığını yoxlayacaq
15:45 11.09.2026
Gündəm
"Bank Respublika" "AccessBank"ın səhmlərinin 100%-ni alır
15:29 11.09.2026
İqtisadiyyat
Xarici diplomatlar Qarabağ Universitetində olublar - FOTO
15:05 11.09.2026
Gündəm
Bakıda ərini qətlə yetirib həyətdə basdıran qadına hökm oxunub
14:37 11.09.2026
Hadisə
Maqdalena Qrono Ermənistana səfər edəcək
14:33 11.09.2026
Gündəm
Gürcüstanda azərbaycanlılar arasında doğum səviyyəsi azalıb
14:31 11.09.2026
Cəmiyyət
SEPAH: İranın bu qədər təzyiqdən sonra dağılmaması möcüzədir
13:58 11.09.2026
Dünya
Peskov: Litva Rusiyanın nüvə silahlarının hədəfi olacaq
13:28 11.09.2026
Dünya