Gün eynəklərinin həkim məsləhəti olmadan satışına icazə verilməyəcək
04:27 29.08.2017
Arxiv
622
Adil Qeybullanın sözlərinə görə, ölkəyə daxil olan bütün tibbi ləvazimatlar, optik şüşələrin mütləq şəkildə sertifikatı olmalıdır
Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Musa Quliyev Trend-ə açıqlamasında "Optika haqqında” qanun layihəsinin ilkin variantının artıq Komitə tərəfindən hazırlandığını deyib.
Onun sözlərinə görə, qanun layihəsinin qəbulundan sonra Azərbaycanda həm optik, həm də gün eynəklərinin həkim məsləhəti olmadan satılmasına icazə verilməyəcək:
"Biz qanun layihəsini müvafiq nazirliklərə və təşkilatlara göndərəcəyik. Müsbət rəylər və hansısa təkliflər gəldikdən sonra onları nəzərə alacağıq. Payız sessiyasında bu məsələ komitəmizin gündəliyində olacaq. Ondan sonra yəqin ki, biz qanun layihəsini plenar iclasa tövsiyə edəcəyik”.
Bir çox ölkələrdə belə qanunların olduğunu deyən M.Quliyev qeyd edib ki, Azərbaycanda da bu sahədə qanunvericilik gücləndirilməlidir. Çünki söhbət təkcə gün eynəklərindən getmir, burada eyni zamanda optik eynəklərin keyfiyyəti, ölçüləri, yaş və xəstəlik xüsusiyyətləri önəmlidir. Xüsusilə yay mövsümündə hər kəs demək olar ki, eynəkdən istifadə edir, amma əksər istifadəçilər bilmir ki, o eynəklər gözə uyğundur, ya yox. Buna görə də belə bir qanunla hüquqi tənzimləmə vacibdir”. Deputat hesab edir ki, optik eynəklər də, gün eynəkləri də həkim məsləhəti ilə alınmalıdır: "Gün eynəklərini də hər kəs hər yerdə sata bilməz. Yaxud da mənşəyi məlum olmayan eynəklər satıla bilməz. Bunların hamısı qanun layihəsində əksini tapıb. Eynək satışı və idxalı ilə məşğul olan şəxslər müvafiq kurslar keçməli, ən azı, sertifikata malik insanlar olmalıdır”.
"Optika haqqında” qanun layihəsi ilə bağlı fikirlərini "Şərq”lə bölüşən tibb elmləri doktoru, professor Adil Qeybullanın sözlərinə görə, ölkəyə daxil olan bütün tibbi ləvazimatlar, optik şüşələrin mütləq şəkildə sertifikatı olmalıdır. Gün və optik eynəklər hazırlanarkən, müxtəlif prosedurlara riayət olunmalıdır:
"Plastik materialdan olan eynəklərin bəziləri materiallardan hazırlanır. Hətta dermotoloji testlərdən keçmədən satışa çıxarılan eynəklər də var. Onlar da son nəticədə insanların sağlamlıqları üçün ciddi təhlükə mənbəyi ola bilir. Gözün travmasının qarşısını almaq üçün eynəklərdə üzvü şüşələrlə qeyri-üzvü şüşələrin koperasiyasından istifadə olunur. Bu şüşələrin ömrü çox uzun olmasa da, müəyyən dövr üçün məqsədəuyğun sayılır”.
Professorun sözlərinə görə, dünyanın bütün ölkələrində xüsusi idarələr var ki, ölkə ərazisində istifadəsinə icazə verilən hər bir yardımçı vasitə, dərman preparatları onları qeydiyyatdan keçirib, sertifikat verməlidir. Bizdə bu səlahiyyət Standartlaşdırma və Patent İdarəsinə məxsusdur. Onlar bu cür eynəklərin ölkəyə gətirilib-gətirilməməsinə qərar verməlidirlər.
Ölkə ərazisinə daxil olan xeyli tibbi ləvazimatların, eynəklərin çıxdaş olunmasını vacib hesab edən professorun sözlərinə görə, indiki halda, kooperativ maraqlar buna imkan vermir: "Güman edirəm ki, "Optika haqqında” qanun layihəsi qəbul olunacağı halda həmin vasitələrin ölkəyə kütləvi şəkildə daxil olmasına müəyyən məhdudiyyətlər qoyulacaq. Ən azından qeydiyyatsız və mənşəyi məlum olmayan tibbi gözlüklərin və gün eynəklərinin paytaxt küçələrində satışı dayandırılacaq”.
Şəymən
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bu ölkədə benzin rekord qiymətə qalxdı
22:41 25.09.2026
Dünya
Putin: Rusiya Avropa ilə hərbi əməliyyatlara hazırlaşmır
21:49 25.09.2026
Aktual
Ərdoğan BMT-də Netanyahuya ad çəkmədən mesaj verdi
21:33 25.09.2026
Gündəm
Ermənistan-Rusiya münasibətləri daha da pisləşə bilər - Politoloq
21:30 25.09.2026
Siyasət
Putin Si Cinpin və Trampın danışıqları barədə: “Qısqanmıram”
21:09 25.09.2026
Dünya
Çətir və gödəkçələri hazırlayın: 7-8 gün yağış yağacaq
20:42 25.09.2026
Ekologiya
Rusiya ordusu Kiyevə zərbə endirdi: ölənlər var
20:37 25.09.2026
Gündəm
Azərbaycanın U-21 millisi Çexiya millisi ilə heç-heçə etdi
20:29 25.09.2026
Futbol
Avropada yanacağın bahalaşmasına qarşı etirazlar başlayıb
19:49 25.09.2026
Dünya
Sumqayıtda 41 yaşlı kişi üçüncü mərtəbədən yıxılaraq ölüb
19:42 25.09.2026
Hadisə
Tramp noyabrda Çində keçiriləcək APEC sammitində iştirak edəcək
19:40 25.09.2026
Dünya
Ermənistan bir geosiyasi mərkəzdən digərinə keçmir - ŞƏRH
19:35 25.09.2026
Gündəm
Səhər yeməyinin vaxtı ömür uzunluğuna təsir edir - Araşdırma
19:21 25.09.2026
Sağlamlıq