Gündüz İsmayılov: Qərbdən və Şərqdən gələn təsirlərə qarşı mənəvi immunitetimiz olmalıdır
09:28 07.02.2019
Arxiv
459
Bu gün Azərbaycan gəncliyinə və ailəsinə qarşı iki istiqamətdə təsir var.
Trend-in məlumatına görə, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov Yeni Azərbaycan Partiyasında keçirilən "Gənclər və ailə: ənənə və müasir baxış” adlı tədbirdə deyib.
G.İsmayılov bildirib ki, bu təsirlərdən biri Qərbdən gələn ultramüasirlik, digəri isə Şərqdən gələn ultradindarlıqdır:
"Mənim çalışdığım sahə Şərqdən gələn təsirlərlə bağlıdır. Təəssüf ki, o təsirlərin əsas hədəflərindən biri gənclikdir, ikincisi isə Azərbaycan ailəsidir. Hər bir xalqın özünəməxsus həyat tərzi, mədəniyyəti, adət-ənənələri var. Bu baxımdan bizim Şərqlə dinimiz eyni olsa da, mədəniyyətimiz fərqlidir. Biz ərəblərlə, Anadoludakı qardaşlarımızla, pakistanlı, malayziyalı, iranlı, ərəblərlə eyni dini paylaşırıq, ancaq mədəniyyətimiz eyni deyil. Çünki həyat tərzimiz fərqlidir”.
Komitə sədrinin müavini vurğulayıb ki, biz dinimizə sahib çıxa bilərik, amma bu, heç bir halda ərəbləşmə, farslaşma, Anadolu türkünə çevrilmə olmamalıdır, biz öz mədəniyyətimizə sahib çıxmalıyıq: "Eyni zamanda Qərbdən gələn təsir nəticəsində ingilisləşmə, fransızlaşma, amerikanlaşma kimi hallar olmamalıdır. Qərbdən və Şərqdən gələn bu kimi təsirlərə qarşı bizim mənəvi immunitetimiz olmalıdır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Leyla Əliyeva Türkmənistanda səfərdədir
18:27 19.10.2026
Gündəm
Mətbuat Şurası Türkiyənin media qurumlarına çağırış edib
17:33 19.10.2026
Media
Soyuq salamlaşma - Özgür Özəl Kamal Kılıçdaroğlunun üzünə baxmadı
17:23 19.10.2026
Gündəm
Tramp: Fransa ələ keçirilib, təcili sərhədlər bağlanmalıdır
17:18 19.10.2026
Gündəm
“Falçılıq” adı altında dələduzluq edən şəxs saxlanılıb
17:02 19.10.2026
Hadisə
Kiyevsiz sülh razılaşması mümkün deyil - Peskov
16:41 19.10.2026
Dünya
Ötən ay Azərbaycan vətəndaşları Türkiyədə 70 mənzil alıb
16:07 19.10.2026
Sosial
Tramp Fransanı sərhədlərini dərhal bağlamağa çağırıb
15:44 19.10.2026
Gündəm
İsrail liderindən xəbərdarlıq: İstənilən an vura bilərik
15:22 19.10.2026
Dünya
Lavrov İrana səfər edib
15:15 19.10.2026
Dünya
Anar Bayramov Səhiyyə Nazirliyinin kollektivinə təqdim olunub
14:43 19.10.2026
Sağlamlıq
Erməni nazir: Əsas vəzifəmiz Azərbaycanla sülh sazişi imzalamqdır
14:42 19.10.2026
Gündəm
“Oğlum ölmədi, öldürüldü” - Ana Mark Zukerberqi ittiham etdi
14:09 19.10.2026
Hadisə