Gürcüstan əhalisinin sayı 0,1 faiz artıb






Gürcüstan əhalisinin sayı 2017-ci ildə 0,1 faiz, yaxud da 5 min 471 nəfər artaraq 2018-ci il yanvarın 1-i tarixinə 3 milyon 729,6 min nəfər təşkil edib.
AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstan Milli Statistika Xidməti məlumat yayıb.
Məlumatda deyilir ki, əhalinin 58,3 faizi şəhərlərdə yaşayır. Şəhər əhalisinin 3-də 1-i isə paytaxt Tbilisidə məskunlaşıb.
Ötən il kişilərin sayı 2016-cı illə müqayisədə 0,3 faiz artaraq 1 milyon 791,6 min nəfər olub. Qadınların sayı isə 0,1 faiz azalaraq 1 milyon 938,1 min nəfər təşkil edib.

Bununla belə Gürcüstanda əhalinin 48 faizini kişilər, 52 faizini isə qadınlar təşkil edir.