Tərəflər arasındakı gərginliklə bağlı "Sherg.az"a açıqlama verən politoloq Sərdar Cəlaloğlu xatırladıb ki, Rusiya Gürcüstan ərazilərinin bir hissəsini ilhaq edib. Ekspertin fikrincə, artıq Moskvanın əlində təzyiq rıçağı qalmayıb:
"Gürcüstan Qərb istiqamətində sona qədər addımlayacaq" - Moskvanın təzyiq rıçağı qalmayıb
12:33 07.08.2018
Arxiv
738
NATO-nun baş katibi Yens Stoltenberq təşkilatın Gürcüstanı qəbul etmək niyyətinin olduğunu açıqlayıb. Lakin baş katib bunun nə vaxt reallaşa biləcəyi ilə bağlı dəqiq tarix söyləməyib. Bundan dərhal sonra Rusiyanın baş naziri Dmitri Medvedyev açıqlama verərək "Gürcüstanın NATO-ya daxil olmasının fəlakətə səbəb ola biləcəyini” deyib. Baş nazir bildirib ki, Gürcüstanın hərbi alyansla yaxınlığı qorxunc münaqişə yarada bilər: "Başa düşülmür, ümumiyyətlə, bu, nəyə lazımdır?”.
Tərəflər arasındakı gərginliklə bağlı "Sherg.az"a açıqlama verən politoloq Sərdar Cəlaloğlu xatırladıb ki, Rusiya Gürcüstan ərazilərinin bir hissəsini ilhaq edib. Ekspertin fikrincə, artıq Moskvanın əlində təzyiq rıçağı qalmayıb:"Bundan artıq nə edə bilər ki? Gürcüstan dövləti öz müstəqilliyi üçün böyük qurbanlar verib. NATO-nun Gürcüstanda qoşunları var. Ölkə aktiv şəkildə Qərbə inteqrasiya edir. Vaxtı ilə Baltikyanı ölkələr Avropaya istiqamət götürəndə Rusiya eyniylə təhdid xarakterli bəyanatlar verməyə başladı. Lakin bundan sonra Baltikyanı ölkələr daha sürətli şəkildə NATO-nun himayəsinə keçdilər”.
S.Cəlaloğlunun sözlərinə görə, Rusiyanın məqsədi Tbilisini təhdidlərlə qorxutmaq, geri addım atmağa sövq etməkdir:
"Reallıq odur ki, Gürcüstanın bu istiqamətdə itirə biləcəyi çox şey yoxdur. Onsuz da Moskva Gürcüstan ərazisinin üçdə birini öz nəzarəti altına alıb. Düşünürəm ki, Tbilisi hökuməti Qərb istiqamətində sona qədər addımlayacaq”.
İsmayıl
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Messi İspaniyada ikinci futbol klubunu alır
14:05 09.09.2026
Futbol
Arda Gülər mükafatını aldı
13:24 09.09.2026
Futbol
Ceyhun Bayramov yaxın zamanda ermənistanlı həmkarı ilə görüşəcək
13:20 09.09.2026
Gündəm
ÇL: “Mançester Siti” – “Porto” matçının fasiləsində dava düşüb
12:56 09.09.2026
Futbol
Qırğızıstan lideri xalqa çağırış etdi
12:55 09.09.2026
Dünya
Prezident İlham Əliyev Emoməli Rəhmonu təbrik edib
12:52 09.09.2026
Gündəm
Sabah Bakıda yağış yağacaq
12:44 09.09.2026
Ekologiya
Oğluna Ronaldo adını verdi
11:37 09.09.2026
Maraqlı
İrandan mesaj: Üçüncü Dünya müharibəsinin astanasındayıq
11:36 09.09.2026
Dünya
Qolunuz uyuşanda niyə yad bir orqan kimi hiss olunur?
11:10 09.09.2026
Sağlamlıq
İsraildən xaricə köç artır: Ölkəyə qayıdanların sayı 58 faiz azalıb
10:54 09.09.2026
Dünya