“Əgər doğrudan da ortada diskriminasiya faktoru varsa, buna öz etirazımızı bildirməliyik”
Gürcüstanda azərbaycanlı həbs olundu
08:02 28.06.2018
Arxiv
691
Orxan Abbas “Facebook”da status yazaraq Ermənistan bayrağını yandırmağa çağırış edib
“Əgər doğrudan da ortada diskriminasiya faktoru varsa, buna öz etirazımızı bildirməliyik”
“Əgər doğrudan da ortada diskriminasiya faktoru varsa, buna öz etirazımızı bildirməliyik”
Gürcüstanın azərbaycanlı vətəndaşı Orxan Abbasa qarşı terrorizmə çağırış maddəsi üzrə cinayət işi açılıb. Buna səbəb isə O.Abbasın 2016-cı ilin aprel döyüşləri zamanı "Facebook” sosial şəbəkəsində Ermənistan əleyhinə yazdığı statusdur. O, statusunda Gürcüstan azərbaycanlılarına müraciət edərək Azərbaycanın Gürcüstandakı səfirliyi qarşısında dəstək aksiyası keçirmək əvəzinə, Ermənistan səfirliyi önündə etiraz aksiyası keçirərək Ermənistan bayrağını yandırmaq lazım olduğunu yazıb.
O.Abbas 2016-cı il aprelin 21-də Gürcüstan Dövlət Təhlükəsizliyi Xidmətinə çağırıldığını deyib: "Xidmətdə 10 saat dindirilmədən sonra mənə qarşı cinayət işinin açıldığı bildirildi. Bu ilin aprel ayında yenidən məni DTX-ya çağırdılar və may ayında iş üzrə ilk məhkəmə iclası keçirildi. Mənim Azərbaycana qaçmaq ehtimalım əsas gətirilərək barəmdə həbs-qəti imkan tədbirinin seçilməsi məsələsi qaldırıldı. Vəkillərimin etirazından sonra 6 min lari girov məbləğində azadlığa buraxıldım. Ailəmin bu məbləğdə girovu ödəmək imkanı olmadığına görə, girov kimi qardaşımın torpaq sahəsini qoyduq”.
İş üzrə son məhkəmə iclasının iyunun 20-də keçirildiyini qeyd edən O.Abbas prokurorun ona qarşı 2 ildən 6 ilədək azadlıqdan məhrumetmə cəzası istədiyini deyib: "Məhkəmə prosesi davam edir və növbəti məhkəmə iclası iyulun 3-nə təyin olunub. Mənə qarşı açılmış cinayət işi olduqca ədalətsiz və son dərəcə absurddur. Mən terrorizm və radikallıqdan uzaq insanam”. O.Abbas hesab edir ki, müsəlman və etnik azərbaycanlı olduğuna görə diskriminasiyaya məruz qalır.
Millət vəkili Fazil Mustafa isə Gürcüstan hökumətinin qanunlarında başqa ölkənin bayrağını yandırmağa çağırışın cinayət əməli kimi tövsif olunub-olunmadığını dəqiq bilmir:
"Bunu bilmədiyimiz üçün konkret bir fikir bildirmək, etiraz etmək doğru deyil. Qanunvericilikdə öz əksini tapan bir haldırsa, Azərbaycanın müdaxiləsi də mümkün deyil. Əgər Gürcüstan qanunvericiliyində belə bir maddə varsa, soydaşımız bunu bilməli və sözügedən paylaşımı etməməli idi. Əgər bilmədən edibsə, deməli, niyyəti cinayət törətmək olmayıb, sadəcə olaraq öz hisslərini ictimailəşdirib. Bir bu fakta görə, Gürcüstanda azərbaycanlılara qarşı diskriminasiya inandırıcı görünmür. Çünki qanunsuz şəkildə Gürcüstan hökumətinin azərbaycanlını həbs etməsi müəyyən problemlər yarada bilər”.
Gürcüstanda azərbaycanlıların diskriminasiyaya uğradığını istisna etməyən millət vəkili deyib ki, Gürcüstanın Xarici İşlər Nazirliyi bir neçə azərbaycanlı ziyalının sərhədi keçməsini arzuolunmaz hesab edib.
"Burada əsas məqsəd isə orada Azərbaycan mədəniyyətinin yayılmasına ciddi şəkildə maneçilik törətməkdən ibarətdir. Bu addım diskriminasiya kateqoriyasına daxildir. Azərbaycan tərəfi bunun üzərində dava aparmalıdır ki, hansı əsasla Azərbaycandan olan müxtəlif ziyalıların ölkəyə daxil olmasını qadağan edirsən? Bu, xoşagəlməz haldır. Gürcüstan vətəndaşı olan azərbaycanlıların dədə-baba torpaqlarına gedə bilməməsi heç bir ölkə qanunvericiliyinə cavab vermir. Sözügedən məsələ isə fərdi olduğu üçün araşdırma aparılmalıdır. Əgər doğrudan da ortada diskriminasiya faktoru varsa, buna öz etirazımızı bildirməliyik. Gürcüstan qanunlarına uyğundursa, bizim söz haqqımız yoxdur.
Şəymən
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rusiya bizim də tələbləri nəzərə almalıdır - Kallas
21:27 04.11.2026
Dünya
Vens seçkidə məğlubiyyətin səbəbini İranla müharibədə görür
21:09 04.11.2026
Dünya
Neft 96 dollardan aşağı düşdü
20:56 04.11.2026
İqtisadiyyat
Putin: Rusiya heç kimə təhlükə yaratmır
19:14 04.11.2026
Dünya
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət