Gürcüstanda azərbaycanlılar koronavirusa görə sürətli testdən keçiriləcək
11:21 24.03.2020
Arxiv
362
Martın 24-də Gürcüstana koronavirusun qısa zamanda aşkarlanmasına kömək edəcək sürətli testlərin ilk partiyası çatdırılacaq.
Bu barədə Gürcüstan Səhiyyə Nazirliyinin rəhbəri Yekaterina Tikaradze brifinqdə bildirib.
Onun sözlərinə görə, testlər bir neçə mərhələdə (ikinci partiya martın 27-də, üçüncü isə aprelin 5-də) gətiriləcək.
Əhalinin bu gündən başlayaraq, koronavirusla bağlı testlərdən keçirilməsi planlaşdırılır.
Xatırladaq ki, martın 23-dən etibarən Gürcüstan hökuməti Marneuli və Bolnisidə sərt karantin tətbiq edib. Qərar koronavirusa yoluxmuş bir qadının ağır vəziyyətdə Marneulidən Tbilisiyə çatdırılmasından sonra verilib. Mütəxəssislər yoluxmanın Azərbaycandan gələn qonaqlar da daxil olmaqla, bir neçə yüz adamın qatıldığı yas mərasimində baş verdiyini düşünür.
Marneuli rayonunda təxminən 130 min, Bolnisi bölgəsində isə 80 min nəfər yaşayır. Hər iki bələdiyyə Kvemo Kartli regionunun bir hissəsidir və burada əsasən etnik azərbaycanlılar yaşayır.
Səhər saatlarında hərbçilər və polis əraziyə cəlb olunub, habelə çadır və xüsusi avadanlıqları olan yük maşınları karantin zonasına gətirilib. Ərazinin giriş və çıxışlarında nəzarət məntəqələri qurulub.
Yerli sakinlərə ərazini iki həftə ərzində tərk etmək qadağan edilib. Sərt karantin bölgələrində əhalinin kütləvi yoxlanılmasına başlanacaq. Həkimlər hər ailəyə baş çəkməyi və koronavirus əlamətlərini yoxlamağı planlaşdırırlar. Yoluxanlar karantinə və ya xəstəxanaya çatdırılacaq.
Qeyd edək ki, Gürcüstan ərazisində 21 mart-21 aprel tarixlərində fövqəladə vəziyyət elan edilib. Ölkədə şəhərlərarası sərnişin daşınması dayandırılıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
0 şəkər, 0 kalori: Yaponlar onu hər gün içirlər
06:42 12.08.2026
Sağlamlıq
Messidən gözlənilməz qərar
06:06 12.08.2026
Futbol
Bruklin Bekhem xanımı ilə
04:14 12.08.2026
Şou
Arıqlamaq istəyənlərin nəzərinə
03:33 12.08.2026
Sağlamlıq
Rumıniya Qara dənizdə iki PUA-nı vurdu
02:54 12.08.2026
Dünya
Kriştianu Ronaldu və Corcina Rodriqes evləndilər
02:22 12.08.2026
İdman
Azərbaycan, ABŞ və Ermənistan rəsmiləri Vaşinqtonda görüşüb
01:01 12.08.2026
Siyasət
Gəncədə evdən yeniyetmə qızın meyiti tapılıb
00:17 12.08.2026
Hadisə
"Sabah" Avropa Liqasının əsas mərhələsini təmin etdi
23:56 11.08.2026
Futbol
İlham Əliyev Naxçıvanda Azərbaycan Televiziyasına müsahibə verib
22:47 11.08.2026
Rəsmi
Prezident Naxçıvan şəhərinin Baş Planı ilə tanış olub
22:30 11.08.2026
Rəsmi
Mahmud Abbas Ankarada: Ərdoğanla görüşəcək
22:21 11.08.2026
Dünya
"Naxçıvan" Mehmanxana Kompleksinin təməli qoyuldu
22:13 11.08.2026
Rəsmi
Prezident Döyüş bayraqlarının verilməsi mərasimində
22:06 11.08.2026
Rəsmi
Rubio Gilmanın azadlığa buraxılmasına görə Rusiyaya təşəkkür etdi
21:26 11.08.2026
Dünya