Hadı Rəcəbli Qarabağ qazilərini qəbul edəcək- Bu gün (Özəl)




 Qarabağ əlilləri, veteranlar və şəhid ailələri ilə bağlı açıqlamaları ilə gündəmdə olan Milli Məclisin deputatı Hadı Rəcəbli Qarabağ qaziləri ilə görüşəcək. 

Sherg.az-ın əldə etdiyi məlumata görə, görüş bu gün saat 13:00 da Milli Məclisdə baş tutacaq. Danışıqlar zamanı millət vəkilinin Qarabağ müharibəsi əlilləri ilə bağlı səsləndirdiyi fikirlərə aydınlıq gətiriləcək və qazilərin digər çoxsaylı problemlərinin aradan qaldırılması ətrafında müzakirələr aparılacaq. 

Qeyd edək ki, bu günlərdə Milli Məclisin Əmək və Sosial Siyasət Komitəsinin sədri Hadı Rəcəblinin "Niyə Qarabağ əlilinə dərman, nəqliyyat pulsuz olmalıdır ki?!" kimi aşağılayıcı  fikirlər səsləndirdiyi bildirilir.