“Nüfuzlu dairələrlə üz-üzə dayanması Trampa heç bir xeyir gətirməyəcəksə, qarşıdurmaya yol verməz. Tramp onların fikirləri ilə oturub-duracaq”
Hakimiyyətdə respublikaçılardır..
“Tramp milyarderdir, praqmatikdir və heç vaxt xeyrindən qaçan insan deyil”
“Nüfuzlu dairələrlə üz-üzə dayanması Trampa heç bir xeyir gətirməyəcəksə, qarşıdurmaya yol verməz. Tramp onların fikirləri ilə oturub-duracaq”
“Nüfuzlu dairələrlə üz-üzə dayanması Trampa heç bir xeyir gətirməyəcəksə, qarşıdurmaya yol verməz. Tramp onların fikirləri ilə oturub-duracaq”
.
ABŞ-da seçki öncəsi səsləndirdiyi fərqli fikirlərlə diqqət çəkən Donald Trampın prezident
postuna yiyələndikdən sonra hansı addımlar atacağı maraqla gözlənilir. Xatırladaq ki, Tramp
Rusiya və İranla münasibətləri düzəldəcəyini bildirib. Ancaq ABŞ dövlət departamentinin
sözçüsü deyib ki, Rusiya Krımın işğalını dayandırmayana qədər sanksiyalar ləğv edilməyəcək.
Tramp eks-prezident Obama ilə məsləhətləşəcəyinə söz verib...
ABŞ-ın yeni seçilmiş Prezidenti Donald Tramp Barak Obama ilə görüşmək üçün Ağ Evə gəlib.
Trampla Obamanın görüşü bir saatdan çox davam edib. Obamanın mətbuat xidmətinin verdiyi
açıqlamaya görə, seçkiləri qazanmış Tramp Obama ilə hakimiyyətin ötürülməsi məsələsini
müzakirə ediblər. Obama yeni rəhbərlə ilk görüşü yüksək dəyərləndirib və bildirib ki, hazırda
ABŞ-ın qarşısında duran problemlərə birgə müqavimət göstərmək, həmçinin yaxın iki ayda
hakimiyyətin dinc şəkildə ötürülməsini təmin etmək lazımdır. O, yeni seçilmiş Prezidentə yardım
edəcəyinə söz verib. Tramp Obamanın məsləhətlərindən yararlanacağına söz verib: "Biz
müxtəlif məsələləri müzakirə etdik. Ümidvaram ki, Prezidentlə gələcəkdə də çalışacağıq”.
Obama isə deyib ki, Tramp administrasiyasının fəaliyyəti uğurlu olacaqsa, bundan bütün ölkə
qazanacaq: "Hakimiyyətin sakit ötürülməsi qarşıdakı iki ay ərzində mənim üçün əsas prioritet
vəzifədir. İnanıram ki, birlikdə çalışmaq və birlikdə çətinliklərə sinə gəlmək hamımız üçün
vacibdir”.
"Mənə qarşı aksiyalar ədalətsizlikdir!”
Tramp ölkənin bir sıra nəhəng şəhərlərində ona qarşı başladılmış etiraz aksiyalarını ədalətsizlik
adlandırıb. Bu barədə tvitter səhifəsində yazan prezident baş verənlərdə əsas günahkar kimi ölkə
KİV-lərini günahlandırıb: "Açıq və uğurlu prezident seçkiləri baş tutdu. Hazırda etiraz edənlər
peşəkar nümayişçilərdir. Onlar buna KİV-lərin təhriki ilə gediblər”.
Tramp İranla bütün anlaşmaları ləğv edir
Donald Trampın yeni administrasiyası İranla imzalanmış nüvə razılaşmasını ləğv edə və ya
yenidən baxa bilər. Bunu Dövlət Departamentinin nümayəndəsi Mark Toner açıqlayıb.
Xatırladaq ki, Tramp seçkiqabağı kampaniyası dövründə bu sazişə görə dəfələrlə Barak Obamanı
tənqid edib və prezident seçiləcəyi təqdirdə sazişi ləğv edəcəyini vəd edib. Ona görə də yeni
hökumətin İrana qarşı sərt mövqe sərgiləyəcəyi gözlənilir.
ABŞ mətbuatı Trampın zəfərini necə qarşıladı?
Klintonun seçki kampaniyasına böyük dəstək verən "The Washinqton Post” qəzeti yazıb ki,
amerikalılar Trampizmə səs veriblər: "İzn verin onlar elə bununla da yaşasınlar. Amerikalılar nə
etdiklərinin və onun nə dərəcədə təhlükəli olduğunun fərqində deyillər”. "The New York Times”
qəzeti Trampın seçilməsini dəhşətlə qarşılayıb: "Trampın seçilməsi ABŞ-ı 240 illik tarixində ilk
məchulluğa aparır. Dünya tezliklə Trampın seçki öncəsi vədlərinin nə qədər doğru olacağını
öyrənəcək. Tramp Obamanın qazandıqlarının hamısına son verəcək”. CNN-nin təsisçisi MayklDe Antonio Trampın bütün qaydaları pozduğunu yazıb. O bildirib ki, Tramp Amerika
ənənələrini pozaraq təbii Amerika siyasətinin əksinə gedib.
Dünya mediasından Trampın qələbəsinə reaksiyalar
Almaniyanın "Frankfurter Allgemeine” qəzetinin onlayn şərhi "Ağ Evdə intiqamçı” başlığı ilə
yazılmış məqalədə Amerikanın müttəfiqlərini möhkəm dayanmağa səsləyib. Qəzet yazır ki,
"Brexit”dən sonra Qərb idarəçiliyinin köhnə strukturuna yenidən möhkəm zərbə vurulub”.
Fransanın mühafizəkar "Le Figaro” qəzeti baş yazısında Amerikanın "yenidən birliyə nail olması
lazım olan bir ölkə” olduğunu yazıb: "Kim olur olsun, yeni prezident üçün Amerikanın
parçalanmasının qabağını almaq çətin bir tapşırıq olacaq”. "Les Echos” gündəlik biznes qəzeti
də "Amerikanın yeni üzü” adlı məqaləsində Trampı tənqid etməkdən çəkinməyib: "Tramp irqçi,
populist, erkək şovinist, təkəbbürlü və hərəkətləri əvvəlcədən bilinməyən insandır”. Rusiyanın
Rossiya 1 TV kanalı Donald Trampın qələbəsini "gerçək sensasiya” adlandırıb.
"Putin və Tramp biri-birinə bənzəyir”
Rusiya Prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov Putin və ABŞ-ın yeni seçilən
Prezidenti Donald Trampın siyasi mövqelərinin biri-birinə bənzədiyini deyib. Peskov Putinin
"Valday Forumunda”kı çıxışı ilə Trampın son açıqlamalarını müqayisə edib: "Tramp ABŞ-ın
maraqlarının prioritet olduğunu və bunun üçün hər ölkə ilə əməkdaşlıq etməyə hazır olduğunu
deyib. Putin də Rusiyanın milli maraqlarını vurğulayaraq eyni fikirləri səsləndirib. İkisinin də
xarici siyasətdəki davranışı biri-birinə oxşayır”. Peskov ABŞ-la əlaqələrin dərhal ən yüksək
səviyyəyə çıxarılmasının mümkünsüz olduğunu hesab edir: "Qarşılıqlı etimada əsaslanan
münasibətlər uzun illər boyu formalaşır. Xüsusilə də son illər əlaqələrin yaşadığı zədələrdən
sonra bu bir qədər vaxt alacaq”.
"Trampın arxasındakıların sözü daha keçərli olacaq”
Trampın prezidentliyi barədə danışan politoloq İlqar Vəlizadə deyib ki, Rusiya Prezidenti
Vladimir Putin Trampa ümidlə yanaşırdı. Buna Trampın seçki ərəfəsindəki çıxışları əsas verirdi:
"Trampın seçkiqabağı ritorikası və real vəziyyət tam fərqli şeylərdir. Tramp müsəlmanlarla da
bağlı sərt çıxışlar edib. Sonradan Trampın komandası onun müsəlmanlara qarşı səsləndirdiyi
tezisləri təkzib edib. Bir var söz, bir də var əməl. Əməllər çox güman ki, bu sözlərdən xeyli
dərəcədə fərqlənəcək. Tramp respublikaçıların nümayəndəsidir. Onun çox ciddi biznes maraqları
var. Ola bilər ki, özü fərqli fikirləşsin, ancaq onun arxasında olan qüvvələr Tramp kimi
düşünmürlər. Çox güman ki, Trampın arxasındakıların sözü daha keçərli olacaq. Tramp
milyarderdir, praqmatikdir və heç vaxt xeyrindən qaçan insan deyil. Nüfuzlu dairələrlə üz-üzə
dayanması Trampa heç bir xeyir gətirməyəcəksə, qarşıdurmaya yol verməz. Tramp onların
fikirləri ilə oturub-duracaq. Bu sözlər, ifadələr və hadisələr göstərir ki, hakimiyyəti təkcə Tramp
yox, onun arxasında dayanan siyasi qüvvələr idarə edir. Onlar da respublikaçılardır.
Respublikaçılar həmişə sərt mövqedən çıxış ediblər. Çox güman ki, o sərt mövqe siyasi
məsələlərdə öz yerini tapacaq, o cümlədən Moskva ilə də münasibətlərdə”.
İsmayıl