Hamamda keçmiş arvadının başını kəsdi - SƏBƏBİ BİLİNDİ
06:25 30.03.2017
Arxiv
463
Martın 29-da gecə saatlarında 22 yaşlı Aysel Cəlilovanın həyat yoldaşı tərəfindən xüsusi amansızlıqla qətlə yetirilməsinin təfərrüatı məlum olub.
Lent.az-ın trend-ə istinadən məlumatına görə, qətlə yetirilən 1995-ci il təvəllüdlü A.Cəlilova iki ay əvvəl aralarında yaranmış münaqişə nəticəsində həyat yoldaşı, 1994-cü il təvəllüdlü İsrail Cəlilovdan boşanıb və həmin vaxtdan Binəqədi rayonunun Biləcəri qəsəbəsində atasının evində yaşayırmış. Son bir ayda İ.Cəlilov ayrıldığı həyat yoldaşını izləyib. O, həyat yoldaşı ilə yenidən ailəsini bərpa etmək qərarına gəlib. Martın 29-da axşam saatlarında İ.Cəlilov qayınatasının evinə gələrək həyat yoldaşı ilə barışmaq istədiyini bildirib.
Qızın ailəsi ilə oğlanın ailəsi yaxın qohum olduğundan onu bağışlayıb və İ.Cəlilovu evə buraxıblar. Axşam saat 23 radələrində İ.Cəlilovun yanında olarkən A.Cəlilovanın mobil telefonuna zəng gəlib. İ.Cəlilov zəng edən şəxsin kim olduğunu və mobil telefonu haradan aldığını soruşanda isə A.Cəlilova ona dəqiq söz deməyib. Bundan əsəbiləşən ər həyat yoldaşını aldadaraq evin hamam otağına çağırıb və qapını arxadan bağlayaraq mətbəxdən götürdüyü bıçaqla onun boğazını bir neçə yerdən kəsərək qətlə yetirib. Hadisə zamanı qızın atası və qardaşı evdə olsa da, onlar hadisədən xəbərsiz olublar.
Həyat yoldaşını qətlə yetirən İ.Cəlilov hamamda yuyunaraq evdən çıxıb və Binəqədi rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinə gələrək təslim olub.
Qeyd edək ki, martın 29-da gecə saat 23:00 radələrində paytaxtın Binəqədi rayonunun Biləcəri qəsəbəsində Cəlilov İsrail İsmayıl oğlu keçmiş həyat yoldaşı, 1995-ci il təvəllüdlü Cəlilova Aysel Ulduz qızının boğazını kəsərək qətlə yetirib. Faktla bağlı Binəqədi rayon Prokurorluğunda cinayət işi başlanılıb.
**
08:50
Bakıda dəhşətli qətl törədilib.
Binəqədi Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, rayonun Biləcəri qəsəbəsi Pünhan Təbrizli küçəsi ev 10-da yaşayan, 1990-cı il təvəllüdlü İsrail İsmayıl oğlu Cəlilov aralarında yaranmış mübahisə zəminində həyat yoldaşı, 1995-ci il təvəllüdlü Aysel Ulduz qızı Cəlilovanın boğazını bıçaqla kəsib. A. Cəlilova qan itirməsindən ölüb.
Hadisəni törədən İ. Cəlilov polisə könüllü təslim olub.
Faktla bağlı cinayət işi başlanıb, istintaq davam edir.
İlkin məlumata görə, hadisə qısqanclıq zəminində baş verib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ASELSAN Naxçıvanda zavod açacaq
18:45 30.09.2026
Siyasət
“Real”ın müdafiəçisi əməliyyat olunacaq
18:19 30.09.2026
Futbol
İranın Gürcüstandakı səfiri XİN-ə çağırıldı
17:57 30.09.2026
Region
Kərim Vəliyevlə İran generalı hərbi əlaqələri müzakirə ediblər
17:33 30.09.2026
Gündəm
Azərbaycanda “SİQR” pilotsuz quru robotu istehsal edilib - FOTO
17:02 30.09.2026
Hərbi
Tiflisdə Heydər Əliyevin büstünü zədələyən erməni tutuldu
17:01 30.09.2026
Gündəm
MDB xarici işlər nazirləri Şurasının iclası keçiriləcək
16:58 30.09.2026
Gündəm
Ombudsmanın aylıq maaşı 12 minə qaldırılır
16:51 30.09.2026
Gündəm
Hərbçilərin maaşı artırılır
16:49 30.09.2026
Sosial
İşçinin əli aparatda qaldı, 3 barmağı amputasiya olundu
16:39 30.09.2026
Hadisə
Dövlət qulluqçuları ilə bağlı qanun ilk oxunuşdan keçdi
16:28 30.09.2026
Gündəm
Pensiyaların indeksasiya mexanizmi təkmilləşdirilir
16:26 30.09.2026
Sosial
Erməni bacılar Bakıya gəldi - VİDEO
15:43 30.09.2026
Cəmiyyət
KİV: Dubaydan Təl-Əvivə uçan daha bir sərnişin təyyarəsi geri dönüb
15:12 30.09.2026
Dünya
DTX tərəfindən saxlanılan Saleh Səmədova cəza istənilib
15:02 30.09.2026
Hadisə