“Avtovağzal sistemi hansısa sərnişinin vərdişinə uyğun olaraq işləyə bilməz. Ona görə də bütün narazılıqları araşdırıb xidmət keyfiyyətini artırmaq üçün tədbirlər görmək lazımdır”
Hamı ünvanına tələsir
09:14 09.08.2018
Arxiv
594
Kassaların qabağında isə gərginlik yaşanır
“Avtovağzal sistemi hansısa sərnişinin vərdişinə uyğun olaraq işləyə bilməz. Ona görə də bütün narazılıqları araşdırıb xidmət keyfiyyətini artırmaq üçün tədbirlər görmək lazımdır”
“Avtovağzal sistemi hansısa sərnişinin vərdişinə uyğun olaraq işləyə bilməz. Ona görə də bütün narazılıqları araşdırıb xidmət keyfiyyətini artırmaq üçün tədbirlər görmək lazımdır”
Bakı Beynəlxalq Avtovağzalında xaotik durum yaşanır. Səbəb xidmət göstərən kassaların az sayda olmasıdır. Sərnişinlər istənilən istiqamətə getmək üçün mütləq kassalara yaxınlaşmalı, növbə gözləməli və bilet almalıdır. Bu isə sərnişinlərin vaxt itkisinə, əsəb gərginliyinə səbəb olur.
Hələ bu da azmış kimi müəyyən işbazlar var ki, çox sayda bilet almaq istəyir. Məsələn, hansısa sürücü bir nəfəri kassaya göndərib 5-6 bilet aldırmağa çalışır. Bu fakt kassirlərlə həmin alıcı arasında narazılıqlara, mübahisələrə şərait yaradır. Nəticədə yenə sərnişinlər gərginlik yaşayır.
Avtovağzal sistemindəki bu pərakəndəlik yeni və daha rahat bir strukturun qurulmasını zəruri edir.
Sərnişinlərin narazılıqları və tələblərini öyrənməyin vacib olduğunu deyən Azərbaycan Texniki Universitetinin Avtomobil daşımaları və yol hərəkətinin təşkili kafedrasının dosenti, nəqliyyat eksperti Fərhad Eyyubov "Şərq”ə bildirib ki, sərnişindaşıma zamanı vacib olan bütün elementlər nəzərə alınmalı və keyfiyyətli xidmət göstərilməlidir:
"Bilet satışı üzrə müxtəlif üsullar var. Həmin üsullardan ən primitivi sürücülər tərəfindən satılan biletlər olub. Vaxtilə hər bir sürücü avtobusuna minik üçün müəyyən çekləri satırdı. Sonra həmin üsul ləğv edildi və bilet satışı məntəqələrə verildi. Hər bir avtobusun marşrutu üzrə birinci və sonuncu dayanacaqlar var. Həmin dayanacaqlarda biletlərin satışını təşkil etmək mümkündür. Son zamanlar elektron formada bilet satışı həyata keçirmək olur. Lakin bəzi vaxt sərnişinlərin gedişi planlı olmadığına görə və müəyyən pərakəndəlik, xaotizm yarandığı üçün əvvəlcədən bilet almaq mümkün olmur.
Bəzi sərnişinlər fikirləşirlər ki, yarım saatdan sonra rayona gedəcəklər. Ona görə də məcburdular ki, Avtovağzala gəlsinlər və orda bilet alsınlar”.
Ekspertin sözlərinə görə, kassa xidməti mütləq xarici ölkələrdəki yeniliklərdən istifadə etməlidir: "O yerdə ki narazılıq var, həmin narazılığın səbəbi mütləq araşdırılmalıdır. Xidmət mədəniyyəti, xidmət keyfiyyətinin artırılması sərnişinlərin Avtovağzala gəlmə anından təyinat yerinə çatma anına qədər ölçülən bir vaxtdır. Ona görə də bu xidmət növlərində həmişə araşdırma aparılmalı, narazılıqlar nəzərə alınmalıdır. Bəzi vaxt narazılıqlar iki formada olur - obyektiv və subyektiv narazılıq.
Məsələn, sərnişinlərin əksəriyyəti özlərini elə rahat hiss edirlər ki, elə bil öz evlərindədirlər və əziyyət çəkmək istəmirlər. Belə sərnişinlərin narazılığı subyektiv narazılıqdır. Avtovağzal sistemi hansısa sərnişinin vərdişinə uyğun olaraq işləyə bilməz. Ona görə də bütün narazılıqları araşdırıb xidmət keyfiyyətini artırmaq üçün tədbirlər görmək lazımdır.
Sərnişin daşımalarında rentabellik var. Sərnişinlər nə qədər narazılıq etsələr də, gəlir yoxdursa, heç bir zaman xidmət keyfiyyətini artırmaq olmur. Sərnişindaşıma marşrutlarını müxtəlif yerlərə bölüb nə qədər maliyyə əldə olunacağı müəyyən edilməlidir. Həmin xərclərin nəzdində isə xidməti artırmaq mümkündürsə, artırırlar. Bəzi hallarda bilet satan şəxslər də düzgün işləyə bilmirlər, məhsuldarlıq zəif olur. Müştərinin tələblərini öyrənmək vacibdir. Lakin elə tələbatlar da var ki, ağla ziddir, buna irrasional tələbat deyirlər. Amma xüsusi standartlara uyğun olaraq xidmət keyfiyyətini artırmaq hər bir müəssisənin borcudur”.
Yeganə Bayramova
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Messi İspaniyada ikinci futbol klubunu alır
14:05 09.09.2026
Futbol
Arda Gülər mükafatını aldı
13:24 09.09.2026
Futbol
Ceyhun Bayramov yaxın zamanda ermənistanlı həmkarı ilə görüşəcək
13:20 09.09.2026
Gündəm
ÇL: “Mançester Siti” – “Porto” matçının fasiləsində dava düşüb
12:56 09.09.2026
Futbol
Qırğızıstan lideri xalqa çağırış etdi
12:55 09.09.2026
Dünya
Prezident İlham Əliyev Emoməli Rəhmonu təbrik edib
12:52 09.09.2026
Gündəm
Sabah Bakıda yağış yağacaq
12:44 09.09.2026
Ekologiya
Oğluna Ronaldo adını verdi
11:37 09.09.2026
Maraqlı
İrandan mesaj: Üçüncü Dünya müharibəsinin astanasındayıq
11:36 09.09.2026
Dünya
Qolunuz uyuşanda niyə yad bir orqan kimi hiss olunur?
11:10 09.09.2026
Sağlamlıq
İsraildən xaricə köç artır: Ölkəyə qayıdanların sayı 58 faiz azalıb
10:54 09.09.2026
Dünya