
“Hazırda Azərbaycanda iqtisadi vəziyyət kifayət qədər sabitdir”
14:58 06.03.2019
Arxiv
1037
"Dünya iqtisadiyyatında böhranlı vəziyyətlər bir neçə ildən bir təkrarlanır”.
Bunu "Sherg.az”a açıqlamasında iqtisadçı-ekspert Pərviz Heydərov deyib.
Ekspert bildirib ki, 2008-2009-cu illərdə meydana gələn qlobal iqtisadi böhran ABŞ-da adi ipoteka kreditləşdirilməsindən başlamışdı. Onun sözlərinə görə, yüz illik tarixə yaxın yaşı olan bir maliyyə qurumunun, böyük bir bankın çökməsi ilə Amerikada maliyyə böhranı böyüməyə başladı. Çox qısa müddət ərzində həmin böhran ABŞ-ın sərhədlərini aşaraq dünyaya yayıldı:
"2014-cü ildə növbəti böhran ortaya çıxdı və neftin qiyməti dünya bazarlarında düşməyə başladı. Bu cür böhranlar 5-6 ildən, bəzən isə 10-15 ildən bir meydana gəlir. Təcrübə göstərir ki, belə böhranlardan ən çox dövlət gəlirləri enerji resurslarından, xammal istehsalından asılı olan ölkələr ziyan görür. Azərbaycan da bu ölkələr sırasına daxildir.

Belə dövlətlərin sayı dünyada olduqca çoxdur. Hətta hamımızın varlı ölkələr hesab etdiyi, şəhərləri göz oxşayan zəngin ərəb dövlətləri, o cümlədən şimal qonşumuz Rusiya iqtisadiyyatı da əsasən neft-qaz enerjisindən gələn gəlirlər hesabına formalaşır. Neftin qiyməti aşağı düşən kimi bu cür ölkələrin iqtisadiyyatı zərər görür. Dövlət xərcləri dərhal azaldılır, gəlirlər sürətlə azalır. Maliyyə ehtiyatları sərf olunduqca milli valyutalar da dəyərdən düşür və nəticədə devalvasiya baş verir”.
İqtisadçı bildirib ki, 2014-cü ilin yay aylarına qədər Azərbaycan iqtisadiyyatı ümumi daxili məhsul istehsalının artım səviyyəsinə, manatın dollara münasibətinə, əhalinin gəlirlərinin artım tempinə, dövlət büdcəsinin hər il ardıcıl olaraq şişməsinə görə çox mühüm imkanlara və mövqeyə malik idi:
"Lakin 2014-cü ilin yayından neftin qiyməti aşağı düşməyə başladı. Dekabr ayından məcbur olduq ki, valyuta ehtiyatlarımızı xərcləyək. Çünki manatın məzənnəsi düşməyə başlamışdı. 2014-cü ilin dekabrında Mərkəzi Bank öz valyuta ehtiyatlarından 1 milyard dollardan çox vəsait sərf etdi. Həmin vaxt MB-nin valyuta ehtiyatları 15 milyard dollardan çox idi. 2015-ci ilin yanvarında da proses eyniylə davam etdi. Lakin fevral ayında ilk dəfə olaraq manatın devalvasiyasına imkan verildi. Proses dayanmadığı, neftin qiyməti düşməkdə davam etdiyi üçün ilin sonu ikinci dəfə devalvasiyaya gedildi. Bir ilin ərzində MB-nin valyuta ehtiyatları 5 milyarda qədər tükəndi”.
P.Heydərovun sözlərinə görə, 2016-cı ildən hökumət təcili addımlar atmağa başladı:
"Dövlət xərcləri azaldıldı, ixtisarlara gedildi, dövlət investisiyaları məhdudlaşdırıldı. Qeyri-neft sektorunun inkişafı bir nömrəli məsələyə çevrildi. 2016-cı ilin ikinci yarısından etibarən dünya bazarında neftin qiyməti sabitləşdi. Ölkə iqtisadiyyatına xarici mənfi təsirlər hiss olunacaq dərəcədə azaldı. 2017-ci ildə Azərbaycan hökumətinin atdığı addımlar, gördüyü tədbirlər sayəsində iqtisadiyyatda tənəzzülün qarşısı alındı. Valyuta ehtiyatlarının xərclənməsi proses ləngidi. 13 faizlik inflyasiya ilə ili başa vurduq. 2018-ci ildə iqtisadi artım templəri bərpa olundu. Hazırda Azərbaycanda iqtisadi vəziyyət kifayət qədər sabitdir.
Uzun müddətdir ki, manatın məzənnəsi dəyişmir. Neftin qiyməti dövlətimiz üçün əlverişlidir. Artıq ölkəyə daxil olan valyuta ölkədən çıxan valyutanı üstələyib. Bir sıra yeni istehsal müəssisələri açılıb. Vəziyyət xeyli sabitləşsə də, hələlik tam dayanıqlı deyil. Dünya bazarında çaxnaşma yaranarsa, əvvəlki durumla üzləşə bilərik.
Ölkədə aparılan islahatların əsas məqsədi odur ki, qeyri-neft sektoruna adi olan vəsaitlər artsın. Heç olmasa 45-50 fazini qeyri-məhsulları təşkil etsin. Hazırda daxili valyuta bazarında dollar sata bilən yeganə qurum Dövlət Neft Fondudur. Makro-iqtisadi durumun sabitliyin dayanıqlığından o zaman danışa bilərik ki, daxili bazarda valyuta satan tərəflərin sayı çox olsun”.
İsmayıl
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp ABŞ-da fövqəladə vəziyyət elan etdi
11:10 27.08.2026
Dünya
"Sabah"ın Çempionlar Liqasından qazancı 20 milyon avronu keçdi
10:57 27.08.2026
Futbol
Leysan yağıb, şimşək çaxıb - FAKTİKİ HAVA
10:21 27.08.2026
Ekologiya
FHN-dən güclü külək və yağışla bağlı XƏBƏRDARLIQ
09:51 27.08.2026
Ekologiya
Cinayət işi: Könül Kərimovanın da adı hallanır – DETALLAR
09:48 27.08.2026
Hadisə
Azərbaycanda bu ad cəmi 3 uşağa verilib
09:39 27.08.2026
Cəmiyyət
Ərdoğandan Qarabağ Universiteti ilə bağlı qərar
09:37 27.08.2026
Elm və Təhsil
Nigar Fərhad saxlanılıb
09:26 27.08.2026
Hadisə
Köçəryan iki ay müddətinə həbs edilib
08:57 27.08.2026
Region
Britninin oğlu reklam siması oldu -FOTO
08:40 27.08.2026
Şou
Livan prezidenti strateji yüksəkliklərin orduya verilməsinə çalışır
08:08 27.08.2026
Dünya
Asqırıq, qaz, sidik istəklərini saxlamaq olmaz – Həkimlər
07:37 27.08.2026
Sağlamlıq
Azərbaycanda bu ad cəmi 3 uşağa verildi
06:26 27.08.2026
Sosial
Soyuducunu təmizləyərkən bu səhvə yol verməyin
04:24 27.08.2026
Maraqlı
Bakıda böyüyən türk aktrisanın toyu oldu
03:51 27.08.2026
Şou