
"...Heç olmasa, o dünyanın bərabərliyini qəbul etmək lazımdır" - Dəbdəbəyə son !
16:31 30.11.2017
Arxiv
709
Zahir Oruc:" Yas mərasimləri və dəbdəbəli məzarlıqlar bir milləti idarə etməyin, hətta buxovda saxlamağın tərkib hissəsi olub""Qəbirstanlıqlarımızın az qala mavzoleyə çevrilməsi təəssüf doğurur"
"Məzar yerləri, qəbir daşları, ehsan mərasimləri ilə bağlı məsələlərin qanunvericilikdə tənzimlənməsi istiqamətində atılan addımlar müsbət qarşılanır”.
Bunu "Sherg.az”a Nazirlər Kabinetinə təqdim edilmiş "Məzarlıqlar haqqında” qərar layihəsinə münasibət bildirərkən millət vəkili Zahir Oruc söyləyib. Deputat diqqətə çatdırıb ki, bu məsələləri yalnız ənənənin hökmünə buraxmaq olmaz:
"Ötən illər ərzində şahidi olduq ki, bu məsələdə müxtəlif yad elementlər, qaydalar, düzgün olmayan tələblər özünü göstərib. İnsanları var-yoxdan çıxarma, təbəqələşmə, öz imkanlarından kənara çıxma kimi hallar baş qaldırıb. Adamlar baş vermiş itkinin ağrısı, faciəsi qarşısında olduğu vaxtda sanki qohum -qonşudan geri qalmamaq üçün özünü məlum tələblərə qoşmağa məcbur qalır. Bu isə həddindən artıq böyük problemlərə yol açır.

Yas mərasimləri və dəbdəbəli məzarlıqlar bir milləti idarə etməyin, hətta buxovda saxlamağın tərkib hissəsi olub. Qəbirstanlıqlarımızın az qala mavzoleyə çevrilməsi, inşaat arxitekturasının ora gətirilməsi təəssüf doğurur. Əslində bu daşları böyük mənada özünə cəlb edən və bununla reklam quran bir cəmiyyət halına gəlmişik. Axı dəbdəbəli qəbirlər həmin şəxsin ölümünə xüsusi məna qatmır. Din nöqteyi-nəzərdən məsələyə yanaşdıqda görürük ki, Məhəmməd Peyğəmbərdən bu yana qəbir yerlərinin itməsi prinsip və norma kimi qurulub. Sonrakı illərdə müsəlman aləmində belə yad axın baş qaldırdı.
Bütün bunları nəzərə alıb, həmin məsələləri kompleks həll etməliyik. Burada başqa dinlərin daşıyıcılarından yaxşı təşəbbüsləri öyrənməyə ehtiyac var. Məsələn, Rusiya mərasimlər haqqında qanunvericiliyi 1995-ci ildə qəbul edib. Biz niyə düşünürük ki, bunu insanların öz ixtiyarına buraxmaq lazımdır? Məqsədli insanlar da bunu təbliğ edərək başqalarını var-yoxdan çıxaran hala salıb. Ayrı-ayrı şəxslər isə yaranmış vəziyyətdən istifadə edərək bunun üzərindən biznes qurub.
Ona görə, məzar daşları, məzar yerləri haqqında təşəbbüsün komitə tərəfindən irəli sürülməsi, Naxçıvanda atılan nümunəvi addımı yüksək dəyərləndirməliyik. Cəmiyyət müvafiq dövlət institutlarına həmin məsələdə dəstək verməlidir. Bərabərsizliyi pislədiyimiz halda özümüz də fərqinə varmadan bunu "o dünyaya” qədər davam etdiririk. Din bunu necə qəbul edir?
Bu məsələ bir qədər həssas olduğundan dövlət qurumları, hakimiyyət nümayəndələri ehtiyatlı mövqe tutublar. Lakin nəhayət bunu həll etməliyik. Avropa məkanında hamının vahid qəbir daşları olması diqqət çəkir. Əgər bu dünyada bərabərlik yoxdursa, heç olmasa, o dünyanın bərabərliyini qəbul etmək lazımdır. Vahid formanın qəbul olunması cəmiyyəti taqətdən salan, bir - birinin yarışından irəli gələn mənfi tendensiyanı aradan qaldırmağa imkan verəcək”.
Qeyd edək ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlının sözlərinə görə, məzar yerləri satılmır, məzar yerləri insanlara pulsuz verilməlidir. Komitə sədri vurğulayıb ki, yeni qaydalarda bu tam aydın şəkildə öz əksini tapıb. Hətta dəfn xərcləri ilə əlaqədar dövlət sosial proqramlara uyğun olaraq vətəndaşlara yardımlar göstərir.
Aysel Aslan
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual
Dizel bahalaşacaq
20:21 21.09.2026
İqtisadiyyat
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
19:56 21.09.2026
Hadisə
Biləsuvarda açıq ərazidə yanğın söndürüldü
19:34 21.09.2026
Hadisə
Hörmüz boğazında mayeləşdirilmiş təbii qaz tankerinə hücum olub
19:23 21.09.2026
Dünya
Xəzər dənizində zəlzələ olub
18:48 21.09.2026
Hadisə
Rusiya-Ukrayna müharibəsinin sonu hələ görünmür - RƏY
18:35 21.09.2026
Siyasət
Nərimanovda çoxmərtəbəli yaşayış binasında yanğın var
18:19 21.09.2026
Hadisə
Kino xadimləri Prezidentə müraciət edib
18:11 21.09.2026
Mədəniyyət
Nunes: Rusiyadan gələn təhlükə realdır
18:02 21.09.2026
Dünya
Cevdet Yılmaz Azərbaycan səfirini qəbul edib
17:50 21.09.2026
Gündəm
Tonqaldan atlanmaq zərdüştiliyin adəti deyil - Həsən Həsənov
17:49 21.09.2026
Gündəm