Həkimlər xəstəliyə onun adını verdi

4 yaşlı Milo Browne adlı uşağın xəstəliyi o qədər nadir ki, həkimlər xəstəliyə onun adını verdi. Sherg.az "Daily Mail"istinadən xəbər verir ki,  dəstək almadan  otura bilməyən uşaq daim ailəsinə ehtiyac duyur. Əsla dikəlməyəcək, yeriyə bilməyəcək və hətta iməkləyə bilməyəcək  Milonun mədəsi həssas olduğu üçün bağırsağına bağlı bir balonla qidalanır. Həkimlər 4 yaşlı uşağın xəstəliyinin bənzərini görmədikləri üçün "Milonun xəstəliyi" deyə adlandırırlar. Ailə, Miloda bir qəribəlik olduğunu 1 günlük olarkən  fərqinə varıb. Qolları və qıçları spazmatik bir şəkildə dayanırdı. Ailə vəziyyətin şokdan qaynaqlandığını və zamanla düzələcəyini düşündü. Ancaq dəyişikliyi  görməyən ailə  xəstəxanaya qaçıblar. Qısacıq həyatının hardasa hamısını  xəstəxanada keçirən Miloya bir çox xəstəlik üçün test edildi. Kiçik uşağın müalicə gördüyü xəstəlik, dünyada yalnız 8 adamda təsadüf edilir. Ancaq həkimlər  əvvəl bu qədər ciddisini görmədiklərini, heç rast gəlmədikləri mutasiyalar keçirdiyini söyləyir.