Azərbaycan Tibb Universitetinin professoru Adil Qeybullanın məsələyə münasibəti isə konkret oldu. «Şərq»ə açıqlamasında A.Qeybulla təkmilləşdirmə kurslarına ehtiyac olmadığını bildirdi:
"Həkimləri Təkmilləşdirmə İnstitutu sovetlərdənqalmadır" - Lazımsızdır
13:37 25.09.2017
Arxiv
3182
Adil Qeybulla: "Azərbaycanda tibbi təhsil neçə ildir dünya tibb təhsili modelinə uyğunlaşdırılıb. Yenidən nə tətbiq edirlər, nə məqsədlə?"
Azərbaycan Tibb Universitetinin professoru Adil Qeybullanın məsələyə münasibəti isə konkret oldu. «Şərq»ə açıqlamasında A.Qeybulla təkmilləşdirmə kurslarına ehtiyac olmadığını bildirdi:
Səhiyyə nazirinin əmrinə uyğun olaraq 2017-2018-ci tədris ilindən tibb işçilərinin davamlı tibbi təhsil sisteminə keçidi başlanıb.
APA-nın xəbərinə görə, bunu Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun direktoru Nazim Qasımov bu gün keçirilən mətbuat konfransında bildirib.
Direktor deyib ki, bu sistemin məqsədi səhiyyə mütəxəssislərinin peşə bilik və bacarıqlarının təkmilləşdirilməsi prosesinin beynəlxalq təcrübəyə uyğunlaşdırılmasıdır.
Onun sözlərinə görə, bununla bağlı səhiyyə nazirinin verdiyi əmrin icrası məqsədilə artıq institutun 5 kafedrasında- sinir xəstəlikləri, anesteziologiya və reanimatologiya, mikrobiologiya və epidemiologiya, otorinolarinqologiya və kardiologiya kafedraları üzrə davamlı tibbi təhsilin 2017/2018-ci tədris ilindən tətbiqi pilot layihəsi üçün təkmilləşdirmə kursları təşkil olunub:
"Tətbiq ediləcək ”Həkimlərin bilik və bacarıqlarının təkmilləşdirilməsinə dair müvəqqəti Qaydalar”a əsasən davamlı tibbi təhsili ali tibb təhsilini təsdiq edən sənəd alınan gündən başlayır və həkimin peşəkar fəaliyyəti dövrünü əhatə edir.
Lavamlı tibbi təhsilinin zəruri miqdarının hesablanması kreditlər vasitəsilə həyata keçəcək. Həmin kreditlər təkmilləşmə kurslarında və toplanma sistemi metodu ilə yığılacaq: "Təkmilləşdirmə kursları Həkimləri Təkmilləşdirmə İnstitutu tərəfindən müvafiq ixtisaslar üzrə təhsil proqramlarının modulları əsasında həyata keçirilir, əyani və distant (məsafədən) formada təşkil edilir. Təkmilləşdirmə kursunun minimal müddəti 1 həftədən az, maksimal müddəti isə 2 həftədən çox olmamalıdır.
Toplanma sistemi həkimin ölkədə və ya beynəlxalq səviyyədə akkreditə olunmuş davamlı tibbi təhsil üzrə tədris yaxud elmi tədbirlərdə iştirakı, elmi, pedaqoji, həmçinin müstəqil davamlı tibbi təhsili fəaliyyəti vasitəsilə kredit vahidlərinin yığılması yolu ilə həyata keçirilir. Sertifikasiya dövrü ərzində həkim hər il orta hesabla 48 kredit olmaqla minimum 240 kredit toplamalıdır.
Davamlı tibb təhsili kreditlərinin hesablanması təsdiq olunmuş xüsusi cədvələ əsasən aparılacaq, Sertifikasiya dövründə davamlı tibb təhsilinin minimal zəruri miqdarının toplanması həkimin sertifikasiya prosesinə buraxılması üçün mütləq şərtdir. 5 il ərzində müvafiq krediti toplaya bilməyən tibb işçiləri sertifikasiyaya buraxılmayacaq və onun praktik fəaliyyəti dayandırılacaq.
Təkmilləşdirmə kurslarından istifadə olunduqda ixtisas üzrə təhsil proqramının bütün modullarını bir (və ya bir neçə) təkmilləşdirmə kursu ilə keçərək 240 kreditin toplanması həkimin sertifikasiya prosesinə buraxılması üçün kifayət edəcək”.
Azərbaycan Tibb Universitetinin professoru Adil Qeybullanın məsələyə münasibəti isə konkret oldu. «Şərq»ə açıqlamasında A.Qeybulla təkmilləşdirmə kurslarına ehtiyac olmadığını bildirdi:- Azərbaycanda artıq dünya tibbi təhsil sistemi tətbiq edilir. Baza tibb təhsili başa çatdıqdan sonra rezidentura mərhələsi başlayır. Bu da 3 ildən 9 ilə qədərdir. Rezidenturanın özü davamlı tibbi təhsildir. Rezidentura pilləsində şəxs ilkin olaraq həkim kimi fəaliyyət göstərə bilir. Bu, artıq oturuşmuş bir sistemdir.
Azərbaycanda tibbi təhsil neçə ildir dünya tibb təhsili modelinə uyğunlaşdırılıb. Yenidən nə tətbiq edirlər, nə məqsədlə? Həkimləri Təkmilləşdirmə İnstitutu da sovetlərdənqalmadır və ona heç bir ehtiyac yoxdur.
Məlahət Rzayeva
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp: ABŞ-nin xüsusi qrupu İranda fəaliyyətə başlayıb
02:22 09.11.2026
Gündəm
İranın vitse-prezidenti Ermənistana səfər edəcək
01:15 09.11.2026
Region
Sumqayıtda kişi meyiti tapıldı
00:56 09.11.2026
Hadisə
Azərbaycanda Dövlət Bayrağı Günüdür
00:14 09.11.2026
Tarix
Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olundu
23:50 08.11.2026
Qarabağ
Arakçıdan ABŞ-a: Ya müharibəni bitirin, ya da...
22:48 08.11.2026
Region
Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatdi
21:25 08.11.2026
Rəsmi
İlham Əliyev COP31 sammitində iştirak etmək üçün Antalyaya gedəcək
21:12 08.11.2026
Gündəm
Husilər "Saudi Aramko"ya zərbələr endirdi
20:37 08.11.2026
Aktual
Qəzzada çadır düşərgələrini su basdı - Humanitar böhran dərinləşir
20:37 08.11.2026
Dünya
Fazil Mustafa MEK-i ziyarət edib
20:34 08.11.2026
Elm və Təhsil
Zelenski: Rusiya Ukraynaya hücumları artırıb
20:31 08.11.2026
Dünya
“Sabah” “Şamaxı” ilə oyunda xal itirdi
19:51 08.11.2026
Futbol
Polşada 6 nəfərin öldüyü silahlı hücum terror aktı kimi araşdırılır
19:35 08.11.2026
Dünya