Hər yerə qol və qıç parçaları dağıldı

Canlı bomba olan qadını linç edərək öldürdülər
Nigeriyada mal bazarında qırğın törətmək  üçün gələn qadının canlı bomba cəhdi müvəffəqiyyətsiz oldu. Qadının cəzasını mafiya kəsdi.  
Sherg.az "Milliyet"ə istinadən xəbər verir ki, Kasuvay Shanu mal bazarına üzərində bomba qurğusu olan gödəkcə ilə gələn qadın istəyinə çata bilmədi. Gödəkcəsində nasaz bomba partlamadı.
Ancaq qadının bomba partlatma cəhdinin dərhal ardından yoldaşı olan  başqa qadın  özünü partlatdı. Amma hadisədə özündən başqa kimsə ölmədi.
Vəziyyəti fərq edən xalq öz cəzasını  kəsdi. Bölgənin mafiyası sayılan bir qrup qadını linç edərək öldürdü. Polis bildirib ki, olduqca izdihamlı olan bazarda əgər  ilk canlı bomba müvəffəqiyyətli olsa idi, böyük bir faciə yaşanacaqdı.
Təhlükəsizlik gücləri hücumu terror təşkilatı Boko Haramın reallaşdırdığına inandıqlarını açıqladı. Hal  şahidləri hadisə sonrası hər yerə qol və qıç parçalarının dağıldığını, ortalığın qan gölünə döndüyünü ifadə etdi.