Hərbi Qənimətlər Parkı aprelin 14-dən vətəndaşlara açıq olacaq

Xəbər verdiyimiz kimi, bu gün Prezident İlham Əliyevin iştirakı ilə Hərbi Qənimətlər Parkının açılışı olub.
Milli.Az bildirir ki, aprelin 12-si və 13-də Hərbi Qənimətlər Parkında müxtəlif media qurumlarının çəkilişləri təşkil olunur. 
Aprelin 14-dən isə sözügedən park vətəndaşların üzünə açıq olacaq.
 Vətəndaşların  parka ziyarəti pandemiyaya qarşı profilaktik tədbirlərə uyğun olaraq tənzimlənəcəkdir.