Hikmət Hacıyev: “NATO birbaşa müdaxilə etməsə də, regional sabitliyi və təhlükəsizliyi yaxından izləyir”
11:00 16.06.2021
Arxiv
406
“Enerji təhlükəsizliyi, informasiya mübadiləsi, kibertəhlükəsizlik sahələrində Azərbaycan-NATO əməkdaşlığının daha da dərinləşməsinə ehtiyac var”.
APA-nın xəbərinə görə, bunu bu gün Latviyanın Azərbaycandakı səfirliyinin 2021-2022-ci illər üçün NATO-nun Azərbaycandakı əlaqələndiricisi kimi ADA Universiteti ilə birgə təşkil etdiyi “Azərbaycanın Avro-Atlantik məkanın sülh və təhlükəsizliyinə töhfəsi” adlı beynəlxalq konfransa videoformatda qatılan Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.
O bildirib ki, tək müdafiə, terrorizm deyil, ümumiyyətlə, təhlükəsizliyin müxtəlif aspektlərinə geniş yanaşmaq lazımdır:
“İctimai diplomatiya, saxta xəbərlərə qarşı mübarizə sahəsində NATO ilə əməkdaşlıq Azərbaycan üçün maraqlıdır. NATO birbaşa müdaxilə etməsə də, regional sabitliyi, təhlükəsizliyi yaxından izləyir və Azərbaycan bunu yüksək qiymətləndirir. Azərbaycan münaqişədən sonra regional təhlükəsizlik və əməkdaşlıqda maraqlıdır. Bu baxımdan Balkanlardakı nümunə bizim üçün maraqlı ola bilər. Azərbaycan müharibə dövründə mülki obyektlərin vurulmamasına xüsusi diqqət yetirib və bu sahədə öz təcrübəsini bölüşməyə hazırdır. Azərbaycan hərbi qüvvələri fəaliyyətində beynəlxalq humanitar hüququn müddəalına əsaslanıb. Azərbaycan bu münaqişədə hədəflərin seçilməsi və onların vurulmasında dəqiq silahlardan istifadə edib”.
Prezidentin köməkçisi qeyd edib ki, Azərbaycan münaqişədən sonra regional əməkdaşlıqda maraqlıdır və ATƏT də bu prosesdə öz təcrübəsi ilə iştirak edə bilər: “Müdafiə sahəsində islahatlarda NATO-nun Azərbaycana dəstəyini yüksək qiymətləndiririk. NATO sülh mexanizmi ilə regionda sülh və təhlükəsizliyə töhfə verə bilər”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Neftin qiyməti 96 dolları ötüb
08:52 23.07.2026
İqtisadiyyat
ABŞ İranın raket istehsalı sahələrini izləyə bilmir - Şikarçi
08:48 23.07.2026
Region
İranla bağlı gərginlik artır: Böyük Britaniyadan təcili qərar
07:51 23.07.2026
Dünya
Bülent Ersoyun həyatı film olur
07:17 23.07.2026
Şou
Tramp: İran yaxın vaxtlarda ABŞ ilə razılaşmaya hazır olacaq
06:42 23.07.2026
Dünya
Belarusda "yarıtmaz işçilər" hərbi təlim düşərgəsinə göndəriləcək
05:25 23.07.2026
Dünya
Məşhur türk müğənni dənizdə yaşamağa başladı
04:40 23.07.2026
Şou
Səkkizinci uşağı dünyaya gəldi!
04:04 23.07.2026
Şou
Niyə arıqlamaq bu qədər çətindir? - Səbəbi beynimiz ola bilər
03:33 23.07.2026
Sağlamlıq
Ərbilə intensiv zərbə endirilir
01:55 23.07.2026
Gündəm
Çexiya prezidenti təhdid məktubları alır
01:11 23.07.2026
Dünya
Salyanda çoban 85 baş qoyunla birlikdə itkin düşdü
00:49 23.07.2026
Hadisə
İran İordaniyanın şərqində ABŞ hərbi mövqelərini hədəfə alıb
00:28 23.07.2026
Dünya
BƏƏ Hörmüzə alternativ iki terminal tikəcək
22:59 22.07.2026
Dünya
UEFA Konfrans Liqası: “Neftçi” Bakıda “Dinamo Minsk”ə məğlub olub
22:46 22.07.2026
Futbol