"Hitler Fransanı zəbt etsə də, Eyfeli tuta bilmədi" - Maraqlı fakt





Bildiyimiz kimi, Fransanın paytaxtı Parisdə qurulan və bu ölkənin sinvolona çevrilən Eyfel qülləsi 1887-1889-cu illər arasında Qustavo Eyfelin firması tərəfindən inşa edilib. Və Frana dövrünün 100 illik münasibəti ilə əlaqədar hazırlanmış mərasimlərə görə tikilib.

Sherg.az xəbər verir ki, Qüllənin inşası haqqında Eyfel özü layihə irəli sürüb, lakin həmin vaxt ondan başqa 107 nəfər də bu mərasimin şərəfinə digər fikirlər meydana atıblar. 

Bu mərasim 1789-cu ildə Fransada baş vermiş intibahla əlaqədar olduğuna görə, daha təntənəli surətdə keçiriləcəkdi. Həmin vaxt müxtəlif fikirlər irəli sürülsə də, onların içərisində yalnız 4 nəfər finala çıxmağa haqq qazandı. Məhz bunlardan bir də Qustavo Eyfel idi. Əslində isə bu qüllənin memarı Qustavo Eyfel deyil, isveçrəli Murico Koechin sifarişinə əsasən hazırlayan Stefen Sauvestredir. Stevan həmin layihənin hazırlanmasında ona xüsusi görünüşün verilməsində mühüm rol oynadı, çünki parislilərin diqqətini cəlb etmək üçün onun xarici görkəmi daha vacib rol oynayırdı. 

Bu insan öz peşə və sənət yoldaşı olan Emile Nouguier ilə birlikdə bu nümunələri hazırlayıb. Qüllənin inşasına 7 739 401 frank 31 sent xərclənib. Amma Qustavo Eyfelin fikirlərinə görə isə bu maliyyə xərcləri 1 milyondan da yuxarı olub. Nəhayət 1889-cu ildə Fransada 1789-cu ildə baş vermiş Böyük Fransa İnqilabının 100 illiyi münasibəti ilə qüllənin açılışı baş tutub.

Qüllənin açılışından sonra ilk platformaya qədər 50 ziyarətçi daşıyan iki hidrolik lift fəaliyyətə verilib. Bunlar üçün lazımlı hidrolik preslər 16 sütuna birləşdirilib. Şimal qanadından başqa bir liftlə ikinci mərtəbə çıxmaq mümkündür. 

II Dünya müharibəsi zamanı buranın iş prosesində yaranmış problemlərlə əlaqədar bunlar tamamilə unudulub və Adolf Hitler qülləyə çıxmaq üçün yaylardan istifadə etmək fikrini irəli sürsələr də lift işə düşməyib. Nəticədə o, Eyfel qülləsinin başına çıxa bilməyib.. Buna görə də deyirlər ki," Hitler Fransanı zəbt etsə də, Eyfeli tuta bilmədi". 

Ancaq çox maraqlıdır ki, Hitlerin şəhəri tərk etməsindən bir neçə saat sonra lift yenidən işləməyə başlayıb. A. Hitler Ditrix fon Koltisə Parisdə olan bütün tikililərlə yanaşı buranın da məhv edilməsini ona əmr etsə də, çox qəribə haldır ki, o, əmri yerinə yetirməyib.

Ayyət