Hulusi Akardan Qarabağla bağlı növbəti AÇIQLAMA
06:51 10.12.2020
Arxiv
413
Türkiyə Milli Müdafiə naziri Hulusi Akar Türkiyə Böyük Millət Məclisinin ümumi iclasında Azərbaycanın torpaqları uğrunda apardığı mübarizə ilə bağlı danışıb.
“Anadolu” agentliyi xəbər verir ki, o, Ermənistanın 30 ilə yaxındır, Azərbaycan ərazilərinin 20 faizini əhatə edən Dağlıq Qarabağı və yeddi rayonu işğal etdiyini xatırladıb.
Türkiyəli nazir bir milyondan çox Azərbaycan türkünün didərgin düşdüyünü və 20 mindən çox şəhidi olduğunu da bildirib.
Xocalı qətliamı başda olmaqla Ermənistanın törətdiyi vəhşiliyin hələ də xatırlandığını vurğulayan H.Akar deyib:
“27 sentyabrda Ermənistanın mülki yaşayış məntəqələrini hədəf alan hücumları səbrləri daşıran son damla oldu. Azərbaycan Ermənistanın həyata keçirdiyi hücumları dayandırmaq və ərazilərini işğaldan qurtarmaq üçün “Artıq bəsdir” deyərək hərəkətə keçdi.
“Bir Vətən Əməliyyat Planı” həyata keçirilməyə başlandı. 44 gün davam edən, lakin 44 il sonra da danışılacaq bir qələbə ilə nəticələnən əməliyyatla Azərbaycanın doğma torpaqları Ermənistanın işğalından azad edildi və 10 noyabrda Sülh Sazişi qüvvəyə mindi.
Prezidentimiz Rəcəb Tayyib Ərdoğan cənab Vladimir Putin ilə şərtlər və daimi atəşkəs razılaşması barədə də danışıqlar aparıb lazımi töhfəni təmin etdilər”.
O, qeyd edib ki, Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin tikintisi və fəaliyyətlərin başlaması üçün Türkiyə-Azərbaycan-Rusiya arasında əməkdaşlıq davam edir.
H.Akar tarixi Zəfərin qeyd edilməsi gününün Atatürkün vəfat etdiyi 10 noyabr əvəzinə 8 noyabr tarixinə elan olunmasına da toxunub:
“Həssaslıqlarına görə başda Azərbaycan Prezidenti cənab İlham Əliyev olmaqla bütün azərbaycanlı qardaşlarımıza minnətdarlığımızı bildiririk. Beləliklə, Azərbaycan, “iki dövlət, bir millət” anlayışı ilə kədərdə və sevincdə bir olduğumuzu bir daha göstərdi. Türkiyə azərbaycanlı qardaşlarımızın yanında olmağa davam edəcək”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Peruda təyyarə qəzaya uğrayıb, 13 nəfər ölüb
01:51 02.08.2026
Dünya
Seutada vəziyyət sabitləşir, nəqliyyatın hərəkəti bərpa olunub
00:53 02.08.2026
Gündəm
2 avqust Azərbaycan Kinosu Günüdür
00:35 02.08.2026
Mədəniyyət
İspaniya kralı Seutadakı hadisələrə etirazını bildirib
22:59 01.08.2026
Gündəm
Rusiya 152 Ukrayna PUA-sını ələ keçirdi
22:41 01.08.2026
Dünya
İranda mis mədənində partlayış baş verib, 2 nəfər ölüb
21:55 01.08.2026
Dünya
Qara Tofiq vəfat etdi
21:42 01.08.2026
Cəmiyyət
Tofiq Musayevdən daha bir qələbə
21:42 01.08.2026
İdman
Uqandada Netanyahunun qardaşının abidəsi qoyuldu
20:45 01.08.2026
Dünya
ABŞ-ın 50 ölkəyə tətbiq etdiyi viza girovu proqramı daimi olacaq
20:32 01.08.2026
Gündəm
Lerikdə zəlzələ olub
19:58 01.08.2026
Hadisə
Lerik rayonunda zəlzələ qeydə alınıb
19:53 01.08.2026
Hadisə
UEFA FIFA prezidenti Canni İnfantinonu istefaya çağırıb
19:44 01.08.2026
Futbol
İraq Türkiyə vasitəsilə neft ixracını artırmaq niyyətindədir
19:28 01.08.2026
Dünya
Silahlılar Nigerdə 14 hərbçini öldürüblər
19:07 01.08.2026
Dünya