Hüquq müdafiəçisi Akif Nağının müraciətini alqışladı:"Düzgün və yerində olan təklifdir"





" Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri, Ömürlük Məhbusların Hüquqlarını Müdafiə Komitəsinin rəhbəri Akif Nağının bu müraciətini düzgün hesab edirəm”

Bu barədə "Sherg.az”a  A.Nağının Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya ömürlük məhbuslarla bağlı müraciətini dəyərləndirərkən hüquq müdafiəçisi Novella Cəfəroğlu bildirib. 

Müsahibimiz qeyd edib ki, o da həmin məsələ ilə bağlı prezidentə, birinci vitse-prezidentə və Əfv komissiyasına məktub yazıblar:

"Bu, çox düzgün və yerində verilmiş təklifdir. İndiki halda belə bir addım atılmalıdır. Biz də A.Nağının müraciətini dəstəkləyirik".

Qeyd edək ki, Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri, Ömürlük Məhbusların Hüquqlarını Müdafiə Komitəsinin rəhbəri Akif Nağı əfv və amnistiya təşəbbüsləri zamanı ömürlük məhbusların da diqqətdə saxlanılması xahişi ilə Azərbaycan Prezidenti İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya müraciət edib

Kənan Eynuroğlu