Hüquq müdafiəçisi təklifi dəstəklədi: “Elə ömürlük məhkum var ki... " - Azadlıq !
07:37 27.09.2017
Arxiv
545
"Azərbaycan Avropa Şurasına daxil olandan biz ömürlük həbs cəzası ilə bağlı məsələni ortaya qoymuşduq”.
Bunu "Sherg.az”a cəzasının 25 ilini çəkmiş ömürlük məhbusların cəzasının 10 il müddətinə azadlıqdan məhrum etmə ilə əvəzlənməsi təklifinə münasibət bildirərkən siyasi məhbuslarla bağlı İşçi qrupunun üzvü, hüquq müdafiəçisi Səidə Qocamanlı deyib.
O bildirib ki, məsələnin müsbət nəticəsi olacaqsa, bu yaxşıdır:
"Elə ömürlük məhkum var ki, xəstədirlər, cavan yaşından həbsxanaya düşüb, yaşlanıblar. Ailə vəziyyətləri ağırdır. Çoxları nizam-intizam qaydalarına uyğun özlərini yaxşı aparıb. Onlar öz cəzalarından peşmandırlar. Düzdür, o cəzaya qatı cinayət törətmiş şəxslər layiq görülür, lakin hər halda bu, müsbət olacaq. Çünki elə dustaqlar var ki, artıq cəzalarını çəkiblər. Onların azadlığa buraxılması həm dövlətimiz, həm də onların cəmiyyətə qayıtması üçün müsbət olar.
Ümumiyyətlə, hüquq müdafiəçiləri uzun illərdir, həm ölkədə, həm də xarici tədbirlərdə bu məsələni qaldırır”.
Bu dəyişikliklərin hansı məhbuslara aid edilməsinə gəlincə, S.Qocamanlı bunun layihənin qəbul olunmasından sonra dəqiqləşəcəyini diqqətə çatdırıb:
"Ömürlük cəzaya məhkum edilmiş şəxslər arasında müxtəlif cinayətləri törətmiş şəxslər var. Məsələn, 3 nəfər keçmiş "OMON”çu 1996-cı ildən indiyə qədər həbsxanadadır. Artıq 21 ildir cəza çəkirlər. Elçin Əmiraslanov ağır xəstədir, Səfa Poladov və Arif Kazımov haqqında Avropa Şurasının qərarı da var. Düşünürəm, indiki qərar onların taleyinə də yenilik gətirəcək”.
Qeyd edək ki, Azərbaycan Prezidentinin təqdimatı ilə Cinayət Məcəlləsinin (CM) 57-ci maddəsinin (Ömürlük azadlıqdan məhrum etmə) 4-cü bəndinə dəyişiklik təklif olunur. Layihəyə əsasən, məhkəmə ömürlük azadlıqdan məhrum etmə növündə cəza çəkən məhkumun azadlıqdan məhrum etmənin ən azı 25 ilini həqiqətən çəkdiyini, həmçinin onun bu cəzanı çəkdiyi müddətdə qəsdən cinayət törətmədiyini nəzərə alaraq və məhkumun həmin cəzanı çəkməsinə daha lüzum olmadığı qənaətinə gələrsə, ömürlük azadlıqdan məhrum etmə cəza növü 10 ilə qədər müddətə azadlıqdan məhrum etmə ilə əvəz edilə bilər.
Xatırladaq ki, hazırda bu müddət 15 ildir.
Aysel Aslan
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İranın vitse-prezidenti Ermənistana səfər edəcək
01:15 09.11.2026
Region
Sumqayıtda kişi meyiti tapıldı
00:56 09.11.2026
Hadisə
Azərbaycanda Dövlət Bayrağı Günüdür
00:14 09.11.2026
Tarix
Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olundu
23:50 08.11.2026
Qarabağ
Arakçıdan ABŞ-a: Ya müharibəni bitirin, ya da...
22:48 08.11.2026
Region
Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatdi
21:25 08.11.2026
Rəsmi
İlham Əliyev COP31 sammitində iştirak etmək üçün Antalyaya gedəcək
21:12 08.11.2026
Gündəm
Husilər "Saudi Aramko"ya zərbələr endirdi
20:37 08.11.2026
Aktual
Qəzzada çadır düşərgələrini su basdı - Humanitar böhran dərinləşir
20:37 08.11.2026
Dünya
Fazil Mustafa MEK-i ziyarət edib
20:34 08.11.2026
Elm və Təhsil
Zelenski: Rusiya Ukraynaya hücumları artırıb
20:31 08.11.2026
Dünya
“Sabah” “Şamaxı” ilə oyunda xal itirdi
19:51 08.11.2026
Futbol
Polşada 6 nəfərin öldüyü silahlı hücum terror aktı kimi araşdırılır
19:35 08.11.2026
Dünya
Tovuz və Gədəbəyin ucqar dağ kəndlərinə qar yağır
19:06 08.11.2026
Ekologiya