İcbari tibbi sığortanın tətbiqi niyə gecikir ? - Detallar açıqlandı
12:32 27.11.2017
Arxiv
757
"İcbari tibbi sığortanın gecikməsinin səbəbləri çoxdur”.
Bu barədə "Sherg.az”a icbari tibbi sığortanın 2019-cu ildə reallaşması barədə məlumatlara münasibət bildirərkən iqtisadçı-ekspert Natiq Cəfərli bildirib.
O xatırladıb ki, iki pilot bölgədə bunun test edilməsi həyata keçirilsə də, pilot bölgələrin özündə belə tam şəkildə icbari tibbi sığortaya keçmək mümkün olmadı:
"Bunun səbəbi odur ki, icbari tibbi sığortaya keçmək üçün mexanizmlər sona qədər işlənib, başa çatmayıb. Vətəndaşların bununla bağlı bilgiləndirilməsi, təşviq olunması, insanlarda buna qarşı maraq olması məsələləri çox axsayır. Bəziləri ümumiyyətlə anlamır ki, icbari tibbi sığorta onlara nə vəd edir.
Müxtəlif müəssisələrdə işə götürənlərlə işçilər arasında müqavilə imzalanır. Bu zaman işçilər bilmir ki, tibbi sığorta ilə bağlı maddə olmalıdır ya yox? Vətəndaşların bu cür məlumatsız olması ciddi problemdir. Bu istiqamətdə maarifləndirmə aparmaq lazımdır ki, insanların özünün marağı yaransın, icbari tibbi sığortadan istifadə etsin.
Digər problemlərdən biri Azərbaycanda maaşların aşağı olmasıdır. Dünyada icbari tibbi sığortanın işlənməsi ilə bağlı müxtəlif formullar var. Məsələn, bəzi ölkələrdə dövlət təklif edir ki, vətəndaş tibbi sığorta üçün nə qədər ödəyirsə, o qədər də dövlət ödəsin. Bununla vətəndaşlarda stimul yaranır ki, tibbi sığortadan istifadə etsin, hətta pulsuz dərmanlar alsın.
Hökumət işə götürənlə danışıqlar apararaq icbari tibbi sığorta üçün ödəniləcək vəsaitin bir qismini öz üzərinə götürür. Bu da işəgötürənlərdə stimul yaradır ki, vətəndaşlarla müqavilə bağladıqda tibbi sığorta üçün bənd salsınlar. Azərbaycanda 200-300 manat civarında maaş alan yüz minlərlə insan var. Həmin şəxslərin gəliri azdır, ona görə ayda 10-15 manat icbari tibbi sığortaya ödəməyə əli gəlmir. Amma vətəndaş onu da anlamır ki, tibbi sığortası olsa, problem yaşadıqda həm pulsuz müalicə oluna bilər, həm də apteklərdən pulsuz dərman ala bilər”.
İdarəetmə ilə bağlı problemlərin olduğunu da vurğulayan iqtisadçı diqqətə çatdırıb ki, icra strukturları tibb sahəsinə nəzarəti əlindən buraxmaq istəmir:
"Hər bir icra hakimiyyətinin tərkibində səhiyyə idarəsi var ki, onlar da müdaxilə edirlər. İcbari tibbi sığortaya keçiddən sonra bunun saxlanması da doğru deyil. Qəbul olunan normativ aktlara Səhiyyə Nazirliyi tərəfindən birbaşa nəzarət həyata keçirilməlidir. Bu da məsələnin tam yayılmasının qarşısını alır. İnsanların bilgiləndirilməsi, təşviq olunması ilə bağlı problemlər həll edilməlidir. Həm tibbi sığortanın tətbiqində ilkin ödənişlər daha az olmalıdır ki, sistem işləsin. İndi elan edirlər ki, 2019-cu ildən bütün ölkədə icbari tibbi sığorta tətbiq ediləcək. Amma buna da əmin deyiləm. Ola bilər, bir il sonra bəyanat verilsin ki, icbari tibbi sığortanın tətbiqi 2020-ci ilə qaldı. Qeyd etdiyimiz problemlər həll olunmasa, bu məsələ hər il uzadılacaq”.
Qeyd edək ki, Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini, millət vəkili Musa Quliyev icbari tibbi sığortanın yalnız 2019-cu ildə bütün ölkədə tətbiq ediləcəyini deyib. Onun sözlərinə görə, 2018-ci ildə Azərbaycanda icbari tibbi sığortanın tətbiq olunacağı rayonların siyahısı genişlənəcək.
Aysel Aslan
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Hakan Fidan: ABŞ-dən İsrailə daha çox təsir etməsini gözləyirik
22:12 21.09.2026
Gündəm
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual
Dizel bahalaşacaq
20:21 21.09.2026
İqtisadiyyat
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
19:56 21.09.2026
Hadisə
Biləsuvarda açıq ərazidə yanğın söndürüldü
19:34 21.09.2026
Hadisə
Hörmüz boğazında mayeləşdirilmiş təbii qaz tankerinə hücum olub
19:23 21.09.2026
Dünya
Xəzər dənizində zəlzələ olub
18:48 21.09.2026
Hadisə