"İçerde" serialında sirlər açılır - video






Bu mövsümün ən reytinqli seriallarından sayılan "İçerde"nin bugünkü seriyasında çoxdan gözlənilən hadisələr baş verəcək.

Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, 18 həftədir yayım günündə bütün reytinqlərdə birinci olan ekran işi son həftələr tamaşaçıların tənqidinə səbəb olub. Ssenaridə Mert, Sarp, Melek və Cəlalın sirrlərinin 18 həftə ərzində heç açılmaması izləyiciləri qıcıqlandırıb.

Yayılan xəbərə görə isə artıq ssenaristlər serialda sirrlərin açılmasını yaxınlaşdırıblar. Artıq Mələk atası və anası ilə bağlı həqiqəti öyrənib.

Qeyd edək ki, Çağatay Ulusoy, Aras Bulut İynemli, Çetin Tekindor və Bensu Soralın baş rollarda olduğu "İçerde"nin yeni seriyası bu axşam Show TV-də yayımlanacaq.