İcra məmurlarına yeni səlahiyyət verildi - silahdan istifadə edə biləcəklər
09:42 29.06.2018
Arxiv
378
Azərbaycanda icra məmurlarına yeni səlahiyyətlər verilir. Modern.az-ın məlumatına görə, bununla bağlı "İcra məmurları haqqında” qanunun 8-ci maddəsinə (İcra məmurlarının hüquqları) dəyişiklik təklif edilir.
Dəyişikliyə görə, "icra məmuru” sözləri "icra xidmətinin icra məmuru” sözləri ilə əvəz olunur. Bundan əlavə, qanunun 8-ci maddəsindən "Cinayət işləri üzrə azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəzaları icra edən icra məmurlarının vəzifə və hüquqları Azərbaycan Respublikasının cəza-icra qanunvericiliyi ilə tənzimlənir” sözləri çıxarılır.
Aşağıdakı müddəalar əlavə edilir: Probasiya xidməti icra məmurunun Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsi və İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilən hüquqları ilə yanaşı, aşağıdakı hüquqları vardır:
1. Fəaliyyət istiqamətlərinə uyğun olaraq dövlət qurumlarına hüquqi və fiziki şəxslərə müraciət etmək, sorğular vermək və arayış almaq;
2. Üzərində probasiya nəzarəti həyata keçirilən, lakin oldğu yeri müəyyən edilməyən şəxslərin axtarılması ilə əlaqədar onların yaşayış yerlərinə daxil olmaq, orada baxış keçirmək və ehtimal olunan gizlənə biləcəyi bütün saxlama yerlərini açmaq və baxmaq;
3. Polis və təhlükəsizlik orqanlarının köməyindən istifadə etmək;
4. Qanunla nəzərdə tutulmuş qaydada və hallarda fiziki güc, xüsusi vasitə və xidməti silahı tətbiq etmək.
Dəyişikliklər səsə qoyularaq qəbul edilib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Neft 96 dollardan aşağı düşdü
20:56 04.11.2026
İqtisadiyyat
Putin: Rusiya heç kimə təhlükə yaratmır
19:14 04.11.2026
Dünya
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi