“II Qaregin həmişə müharibəni dəstəkləyib” – Sabiq müşavir

"II Qaregin Dağlıq Qarabağ ətrafında müharibələr başlayandan bu günə kimi erməni əsgərlərini ruhlandırmaq üçün hər zaman onlara müraciətlər edib”.
Bu sözləri "Sherg.az”a açıqlamasında politoloq Qabil Hüseynli deyib.
Onun sözlərinə görə, II Qaregin həmişə erməni siyasi rəhbərliyinin yanında olub, müharibə aparılmasını dəstəkləyib:
"O erməni əhalisi arasında hərbi çağırışçıların sayını artırmaq üçün insanlara müxtəlif dini misallar çəkmələ onları vətən müharibəsi uğrunda mübarizəyə səsləyirdi. II Qaregin həmişə müharibə zamanı erməni siyasi rəhbərliyini müdafiə etməklə əsgərləri ruhlandırıb. O yenə də həmin missiyasnı yerinə yetirir və bu missiya ilə Dağlıq Qarabağa gəlir. 
Beləliklə əsgərlər arasında siyasi rəhbər kimi onları azərbaycanlılara qarşı amansız olmağa, lazım gələrsə yeni torpaqların işğalına, Azərbaycan əsgəri ilə sərt mübarizə aparmağa çağırır. Bu adam fəaliyyətinin böyük hissəsini Azərbaycana qarşı aparılan qeyri-qanuni və təcavüzkar müharibə ilə bağlı təbliğat işlərinə sərf edib. Fikrimcə, bu işdə də erməni ordusuna ciddi töhfələr verir”.
Qeyd edək ki, bütün ermənilərin katolikosu II Qaregin Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ ərazisinə gəlib. O burada Qarabağ separatçılarının rəhbəri Bako Saakyanla görüşüb. Görüşdə ermənilərin birliyi, "daxili-xarici siyasət” və s.ə məsələlər müzakirə edilib.
Yeganə Bayramova