İki erməni Gürcüstandakı yol qəzasında öldü


Yerevan-Batumi istiqamətində hərəkət edən kiçik sərnişin avtobusu Gürcüstanın paytaxtı Tbilisi yaxınlığında gecə 02:00-03:00 radələrində qəzaya uğrayıb.
APA -nın xəbərinə görə, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin sözçüsü Anna Naqdalyan məlumat yayıb.
“İlkin məlumatlara görə, iki Ermənistan vətəndaşı ölüb. Digər sərnişinlər müxtəlif xəsarətlərlə Tbilisi xəstəxanalarına yerləşdiriliblər”, - A. Naqdalyan deyib.