İlham Əliyev Bakıda marketə baş çəkdi - Prezident qiymətlərlə maraqlandı - FOTO

Prezident İlham Əliyev bu gün Sabunçu rayonunda olub.
Sabunçu dəmiryolu vağzalı kompleksinin açılışında iştirak üçün rayona yollanan ölkə başçısı əvvəlcə qəsəbə sakinləri ilə görüşüb, onlarla söhbət edib.
Bundan başqa, prezident ərazidə yerləşən ərzaq mağazalarından birinə də baş çəkib. Prezident qiymətlərlə maraqlanıb.