İlham Əliyev onu “Şərəf” ordeni ilə təltif etdi - SƏRƏNCAM


Prezident İlham Əliyev Arif Qafar oğlu Rəhimzadənin “Şərəf” ordeni ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb. 

Bununla bağlı AZƏRTAC məlumat yayıb. 

Sərəncama əsasən, A.Rəhimzadə Azərbaycan Respublikasının ictimai-siyasi həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə təltif edilib.