Nəticədə Atatürkün yaratdığı partiya cırtdan təşkilata çevriləcək
İncə dönəmi başlayır
08:09 28.06.2018
Arxiv
421
Kılıçdaroğlu istefaya getməsə CHP parçalanacaq
Nəticədə Atatürkün yaratdığı partiya cırtdan təşkilata çevriləcək
Nəticədə Atatürkün yaratdığı partiya cırtdan təşkilata çevriləcək
Türkiyədəki seçkilərdə məğlubiyyətə uğrayan Cumhuriyyət Xalq Partiyasının lideri Kamal Kılıçdaroğluna qarşı partiyadaxili üsyan güclənib. CHP-li bir qrup deputat və partiya üzvləri baş ofisin binası qarşısına yığışaraq, bundan sonra Kılıçdaroğlu ilə eyni yola davam edə bilməyəcəklərini bəyan ediblər. Həmçinin, partiyadan istefalar da çoxalıb. CHP-yə yaxın bir sıra qəzetlər manşetlərində "Kılıçdaroğlunun ən uğursuz seçimi” başlıqlı məqalələr dərc ediblər.
Kılıçdaroğlunun parlament seçkiləri siyahısına salmadığı sabiq deputatlar da məğlubiyyəti partiyaya böyük zərbə adlandırıblar. Narazılar bildiriblər ki, 2010-cu ildən partiya sədri olan Kamal Kılıçdaroğlu 9-cu dəfə AKP-yə uduzub. Namizəd kimi seçkiyə qatılan Məhərrəm İncə də çıxışı zamanı partiya sədrinə mesaj göndərərək, 30 faizdən çox səs toplamasına və indiki sədrin uğursuzluğuna diqqət çəkib. Türkiyə KİV-ləri və analitikləri CHP-lilərin təzyiqi nəticəsində Kılıçdaroğlunun istefa verəcəyini istisna etmirlər. Lakin keçmiş təcrübəni nəzərə alaraq, onun partiya rəhbərliyini asanlıqla tərk etməyəcəyi bildirilir. Yaxın günlərdə Məhərrəm İncə ilə Kamal Kılıçdaroğlu arasında kreslo davasının qızışacağı deyilir. İncənin 30 faiz səs toplaması və partiya üzvlərinin əksəriyyətinin İncəni dəstəkləməsi Kılıçdaroğlu üçün böyük təhlükə yaradıb. Bu mənada, hələlik istefa verməməkdə israr edən Kılıçdaroğlunun hansı qərarı verəcəyi ciddi maraq doğurur.
CHP daxilindəki qarşıdurmanı "Şərq”ə dəyərləndirən politoloq Natiq Mirinin sözlərinə görə, Cümhuriyyət Xalq Partiyası Türkiyə Respublikasının qurucusu sayılan siyasi təşkilatdır. Amma Kamal Kılıçdaroğlu bu statusa adekvat siyasi addımlar ata bilmir:
"Təəssüflər olsun ki, indiki CHP xaricdən idarə olunan planların reallaşmasında bir alət kimi istifadə olunur. Məhz Kamal Kılıçdaroğlunun göstərişi ilə 40 ilə yaxın müddətdə 35 mindən çox türkü qətlə yetirmiş PKK-nın siyasi qolu HDP-yə dəstək verilib. Kürdlərin səsini artırmaqla parlamentdə məhdudiyyət barajını keçməyə şərait yaradıblar. Kılıçdaroğlu açıqlamasında bunu "qürur” duyulan bir məsələ kimi dilə gətirdi. Əslində Türkiyəyə düşmənlik edən HDP-nin parlamentə girməsi dövlət və xalqı adına böyük təhdid sayılır. Lakin CHP-nin indiki rəhbəri bununla kifayətlənmədi və FETÖ-nün sifarişi ilə yaradılmış İYİ Partiyaya da dəstək verdi. CHP-lilər haqlı olaraq hesab edirlər ki, Kamal Kılıçdaroğlu partiyanın başında durduğu müddətcə təşkilatın siyasi nailiyyət əldə etməsi mümkün deyil. Partiya üzvləri arasında ciddi narazılıq var. Ona görə də Kılıçdaroğlunun istefasını tələb edirlər”.
Analitik bildirib ki, təkcə Məhərrəm İncə deyil, partiya rəhbərliyində təmsil olunan digər şəxslər arasında da Kılıçdaroğlundan narazı olanlar çoxdur:
"Məhərrəm İncə 81 şəhəri tək-tək gəzərək partiyadaşlarını ayağa qaldıracaq və onları Kılıçdaroğluna qarşı cəbhələşdirəcək. Əgər Kılıçdaroğlu istefa verməməkdə israr edərsə, CHP-dən əsər-əlamət qalmaya bilər. Narazı qüvvələr yeni siyasi təşkilat yaratsalar, CHP-dən ayrılan böyük etirazçı kütlə yeni partiyada birləşəcəklər. Nəticədə Atatürkün yaratdığı partiya cırtdan təşkilata çevriləcək. Bu baxımdan Kılıçdaroğlu ciddi düşünməlidir. Əks təqdirdə CHP-nin parçalanmasının günahı onun boynunda qalacaq”.
İsmayıl
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rusiya bizim də tələbləri nəzərə almalıdır - Kallas
21:27 04.11.2026
Dünya
Vens seçkidə məğlubiyyətin səbəbini İranla müharibədə görür
21:09 04.11.2026
Dünya
Neft 96 dollardan aşağı düşdü
20:56 04.11.2026
İqtisadiyyat
Putin: Rusiya heç kimə təhlükə yaratmır
19:14 04.11.2026
Dünya
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət