"İnşaatçılar" stansiyasi ətrafındakı "Xruşşovka"lar qəzalı vəziyyətdədir"-AÇIQLAMA




"Xruşşovka"ların bir çoxu, xüsusilə İnşaatçılar metrosu ətrafında olanlar qəzalı vəziyyətdədir.


Bunu Sherg.az-a Bakıda "Xruşşovka"ların sökülməsi məsələsinə münasibət bildirərkən, Əmək Hüquqlarını Müdafiə Liqasının sədri Sahib Məmmədov deyib. 

O bildirib ki, ən optimal yol binaların hissə-hissə sökülməklə yerində yenilərinin tikilməsi və sakinlərə daha abad şəkildə qaytarılmasıdır: 

"Əks halda kompensasiya və digər məsələrdə yenə narahatlıqlar yarana bilər. Məsələn, kvadratına görə 1500 manatdan şəhərin həmin hissəsindən mənzil almaq mümkün deyil. Ona görə, sökülən binaların yerində çoxmənzilli binalar tikilsə, həm o binanın, həm də qonşu söküləcək binanın sakinlərin bir hissəsi yerləşdirilə bilər. Qalan hissəni tikən şirkət özünə götürüb, istifadə edə bilər".

Qeyd edək ki, Bakı Dövlət Layihə İnstitutunun direktoru İlqar İsbatov bəzi "xruşşovka" tipli binaların sökülməsinin gündəmdə olduğunu bildirib.

Aysel Aslan