İnternetdə tanış olub evləndilər

Qadın ərinin üç arvadı olduğunu öyrənib, şoka düşdü
İnternet üzərindən tanış oldular, yalnız ana olan qadının doqquz aylıq körpəsi də vardı. Qısa müddətdə qadına təsir edən kişi, tanış olduqdan iki həftə sonra ona evlilik təklif etdi.
Qadın təklifə "xeyr” cavabı versə də evlənmələri uzun sürmədi. Evləndikdən 6 ay sonra qadın sürpriz şəkildə hamilə qaldı, çünki kişi qadına sonsuz olduğunu söyləmişdi.
Şotlandiyanın paytaxtı Edinburqda yaşayan 53 yaşlı Mary Turner Thomsonun hekayəsi, əsl buradan sonra maraqlı hala gəlir. Evləndiyi kişi Villiam Allen Jordan, arvadına özünü CIA agenti kimi təqdim edir. Amerikalı kişi, gizli vəzifəyə getdiyini söyləyib həftələrcə evə gəlməyir.
Gerçək isə tam fərqli idi. Villiamın üç arvadı da vardı və 13 uşağa sahib idi. Fırıldaqlarının üstü açılanda kişi, Mary Turner Thomsona 200 min sterlinq ödəyib, uşaqlarını qaçırmaqla təhdid edərək qadının danışmamasını istəyib. Saxta CIA agentinin keçmişdə bir neçə qadını aldatdığı, sənədsiz silah saxlama, fırıldaqçılıq və daha bir neçə cinayətdə suçlanaraq həbs cəzasına məhkum edildiyi ortaya çıxdı. Birləşmiş Krallıqda həbs olunan adam, iki il yarım həbsxanada saxlandıqdan sonra ABŞ-a deportasiya edilib. Başına gələnlərdən bir kitab yazan Mary Turner Thomsonun hekayəsi, BBC-də yayımlanan bir serialla az qala eynidir. "Mrs Vilson” adlı serial hazırda nümayiç olunur.