İran dörd gün ərzində uranın 20 faizini zənginləşdirə bilər






ABŞ əldə edilmiş razılaşmaya əməl etməsə, İran özünə məxsus uranın 20 faizini dörd gün ərzində zənginləşdirəcək.

Bu sözləri İranın Atom Enerjisi Təşkilatının sədri Əli Əkbər Salehi deyib. Onun sözlərinə görə, 2015-ci ildə İran və Qərb dövlətləri arasında imzalanan saziş Fransa və ya ABŞ tərəfindən pozulsa, İran nüvə proqramını davam etdirəcək.

Ə.Ə.Salehi diqqətə çatdırıb ki, İran razılaşmaya əsasən üzərinə düşən bütün öhdəlikləri yerinə yetirdiyi halda, ona qarşı qeyri-ciddi iddialar irəli sürülür. Belə olan halda, İran tutduğu yolu davam etdirəcək.