İran parlamenti ABŞ-ın sanksiyalarına münasibət bildirdiyinə görə nazirə etimadsızlıq göstərib
11:21 08.08.2018
Arxiv
883
İran parlamenti kooperasiya, əmək və sosial təminat naziri Əli Rəbiiyə etimadsızlıq göstərib.
"Report” "İnterfax”a istinadən xəbər verir ki, deputatlar İran iqtisadiyyatında yaranan problemi onun səriştəsizliyi ilə əlaqələndiriblər.
Səsvermədə iştirak edən 243 deputatdan 129-u nazirin əleyhinə səs verib.
İran prezidenti Həsən Ruhani üç ay ərzində Əli Rəbiini tutduğu vəzifədən azad etməlidir.
Onun tərəfdarları isə bildirib ki, nazir ABŞ-ın tətbiq etdiyi sanksiyalara görə İran iqtisadiyyatında yaranmış problemlərdən dolayı məsuliyyət daşımır.
Xatırladaq ki, Əli Rəbii ABŞ-ın İrana qarşı sanksiyaları bərpa etməsinə belə münsaibət bildirib: "Bu məhdudiyyət səbəbindən İranın bir milyon vətəndaşı işsiz qalacaq. ABŞ-ın birtərəfli addımı bizim üçün böyük maliyyə problemi yaradacaq”.
Odur ki, bu açıqlamasına görə parlamentin ona etimadsızlıq göstərdiyi ehtimal olunur.
62 yaşlı Əli Rəbii hakimiyyətiçi islahat xəttinin təmsilçilərindəndir. 1997-2005-ci illərdə İranın o vaxtkı prezidenti Məhəmməd Xatəminin müşaviri olub.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Türkiyədə 5,1 bal gücündə zəlzələ baş verib
21:26 02.11.2026
Gündəm
DİM-dən kibertəhlükəsizliklə bağlı çağırış
21:12 02.11.2026
Elm və Təhsil
Atası Lamin Yamalın əsl adını açıqladı
20:38 02.11.2026
Futbol
Rusiya və İran Fars körfəzi və Yəməndəki vəziyyəti müzakirə etdi
20:25 02.11.2026
Region
Prokurorluq orqanlarının veteran əməkdaşları təltif edildi
20:07 02.11.2026
Cəmiyyət
Bu türk ölkəsində dövlət çevrilişinin qarşısı alındı
19:59 02.11.2026
Gündəm
17 yaşlı Azərbaycan çempionu vəfat etdi
18:07 02.11.2026
Hadisə
İspaniyanın Baş naziri: Biz Vaşinqtondan idarə olunmuruq
18:01 02.11.2026
Dünya
Paşinyanın ittihamlarında həqiqət var - Natiq Cəfərli
17:51 02.11.2026
Gündəm