İraq parlamenti hökumətdən Kərkükə qoşun yeritməyi tələb edir - Gərginlik





Le parlement irakien demande l'envoi des troupes à Kirkouk

İraq parlamenti bu ölkəninin baş naziri Haydar əl Abadidən Kərkükə (İraqın şimalında yerləşir) qoşun göndərməyi tələb edib. 

"Sherg.az" "L'Agence France Presse"ə istindən xəbər verir ki, bu barədə İraq telekanalları məlumat yayıb. 

Xəbərdə qeyd olunur ki, parlamentarilər hökumət başçısından sözügedən ərazidəki  neftli zonaların ordu tərəfindən nəzarətə götürülməsini istəyir. Çünki həmin ərazilər 2014-cü ildən etibarən kürdlərin nəzarətindədir. Eyni zamanda həmin ərazilərə Kürdüstanın müstqəilliyinə dair referenduma etiraz edən ərəblər və türkmənlər də nəzarət həyata keçirirlər. 

Bundan başqa bildirək ki, baş nazir Kürdüstan rəhbərliyindən məlum referendunun nəticlərini ləğv etməyi tələb edib.  O qeyd edib ki, referendum ləğv olunmalı və konstitutsiya çərçivəsində dialoqlar açılmalıdır:

"Referendumun nəticələrini heç zaman qəbul etməyəcəyik ! ".

Həmçinin hökumət başçısı Kürdüstan rəhbərliyindən Erbil və Suleymaniye kimi beynəlxalq hava limanlarının fəaliyyətinin bərpasını tələb edən ultimatum göndərib və bu qadağanın doğru olmadığını bəyan edib. 

Tərücmə etdi: Ayyət ƏHMƏD