İşdən çıxarılan Səlim Müslümov danışdı: "Şərəfimlə, namusumla..."
09:43 05.06.2018
Arxiv
514
Sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov vəzifəsindən azad olunduqdan sonra barəsində yazılanlara münasibət bildirib. Lent.az xəbər verir ki, o, unikal.org-a açıqlamasında deyib ki, bəzi KİV-lərdə haqqında mənfi fikirlər səsləndirilir və hesab edir ki, yazılanlar həqiqətə uyğun deyil: "Mən, hər zaman şərəflə, namusla işləmişəm. Vəzifədə olduğum müddətdə əlimdən nə gəlibsə, etmişəm. Allah cənab Prezidentin canını sağ eləsin.
Neçə illər mənə ehtimad göstərdi. İndi məsələhət oldu ki, vəzifədən gedim. Bu, Prezidentin səlahiyyətində olan məsələdir və müzakirə olunmur. Mənə elə gəlir ki, harada olmağımızdan asılı olmayaraq əlimizdən gələni xalqımız üçün etməliyik.
Biz hansı müddət ərzində vəzifədə olmuşuqsa, Prezidentin tapşırdığı vəzifələri icra etməliyik. Mən də hər zaman Prezidentin tapşırığını yerinə yetirmişəm. Çalışmışam ki, mənə göstərilən etimadı yüksək səviyyədə doğruldum”.
Sabiq nazir yeyinti ittihamlarına da cavab verib. O bildirib ki, bu barədə səslən fikirlər də böhtan xarakterlidir: "Fondun büdcəsi cəmi 3.4 milyard manatdır. Bunun 97-98 faizi pensiya ödənişinə sərf olunub. Bu pullar necə itə bilər? Bu pullar da Maliyyə Nazirliyindən köçürülür. Həmin vəsaitin bir qara qəpiyi də başqa yerə köçürülə bilməz. Sözügedən məsələni maliyyəçilər daha yaxşı başa düşər”.
S.Müslümov onu da nəzərə çatdırıb ki, hazırda elmi fəaliyyətlə məşğuldur: "Özüm professor, iqtisad elmlər doktoruyam. Elmdən dövlət idarəçiliyinə gəlmişdim. Artıq idarəçilikdə deyiləm və yenə də elmi işlərimlə məşğulam” – deyə sabiq nazir bildirib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Maqdalena Qrono Ermənistana səfər edəcək
14:33 11.09.2026
Gündəm
Gürcüstanda azərbaycanlılar arasında doğum səviyyəsi azalıb
14:31 11.09.2026
Cəmiyyət
SEPAH: İranın bu qədər təzyiqdən sonra dağılmaması möcüzədir
13:58 11.09.2026
Dünya
Peskov: Litva Rusiyanın nüvə silahlarının hədəfi olacaq
13:28 11.09.2026
Dünya
Sonaxanım polisə müraciət etdi
12:31 11.09.2026
Şou
Bakıda bu yol tam bağlanır
12:14 11.09.2026
İnfrastruktur
Paşinyan Özbəkistan Prezidentinə zəng etdi
11:49 11.09.2026
Gündəm