İŞİD çökdü, “vətənlərinə” dönmək istəyirlər
20:32 13.09.2017
Arxiv
4352
Artıq təşkilata üzv olanlar yalana qurban getdiklərini anlayırlar. Ona görə də son ümid olaraq qaçmağa üz tutublar
Terror təşkilatı İŞİD-in Yaxın Şərqdə tamamilə məhv olması üçün sayılı günlər qalıb. Rusiya mənbələrinin məlumatına görə, artıq İŞİD-in əlindəki torpaqların 85 faizi geri alınıb. Bəs İŞİD-in yeni planı nədir? İngilis qəzeti olan "The Guardian” yazıb ki, terrorçular məğlubiyyəti gördükləri üçün, öz "vətənlərinə” dönmək istəyirlər. Bunun üçün terrorçular Türkiyə sərhədlərini keçmək niyyətindədir.
Qəzet yazır ki, İdlib şəhəri bölgəsində toplaşan İŞİD-çilər sərhədi keçərək, Orta Şərq, Şimali Afrika və Avropadakı ölkələrinə dönməyi hədəfləyiblər. Suriya ilə sərhədə boydan-boya beton divar hörən Türkiyə tərəfi silahlı gücü ilə sərhədini qoruyur. Buna görə də, terrorçular qaçaq yollarla, pulunu ödəməklə Suriyadan çıxmağa çalışırlar. Almaniyanın "Bild am Sonntag” qəzeti iddia edib ki, terror təşkilatının əlində 11 min boş Suriya pasportu var. Terrorçular həmin boş pasportu dolduraraq Avropaya girməyi düşünürlər. Məlumdur ki, İŞİD-in tərkibində azərbaycanlılar da var. Şübhəsiz ki, onlar da saxta pasportlarla Suriya cəhənnəmini tərk edə, müxtəlif ölkələrlə yanaşı, Azərbaycana da gələ bilərlər.
Məsələ ilə bağlı "Şərq”ə fikirlərini bölüşən kriminalist-araşdırmaçı İlqar Altay deyib ki, İŞİD dünya tarixində görünməmiş hadisəyə imza ataraq, özünə nizami ordu qurub və iki ölkənin ərazisini işğal etməklə terrorçu "dövlət” qurmağı bacarıb. Ekspertin sözlərinə görə, İŞİD həm adından çıxış etdiyi islam dini, həm də bütün bəşəriyyət üçün təhlükəlidir:
"Təşkilatın törətdiyi fiziki və mənəvi cinayətlərin, insanlığa qarşı vəhşiliklərin sayı-hesabı yoxdur. Cinayət isə heç vaxt cəzasız qala bilməz. Hər kəs öz əməlinə görə mütləq cavab verməlidir. İŞİD-in törətdiyi cinayətlər lokal yox, beynəlxalq xarakterlidir. Qurumun rəhbər və üzvləri beynəlxalq məhkəmələr qarşısında cavab verməlidirlər. Problem ondadır ki, terrorçu qrup bir sıra beynəlxalq qurumlar və ölkələrlə birgə addım atır, qeyri-qanuni əlaqələr qururlar. Hazırda özünü "İslam dövləti” adlandıran terror təşkilatının siyasi oyunları və zorakılıqları bitmək üzrədir. Tək qalan İŞİD çöküş dövrünü yaşayır. Artıq təşkilata üzv olanlar yalana qurban getdiklərini anlayırlar. Ona görə də son ümid olaraq qaçmağa üz tutublar. Lakin çətin ki, dünyada hansısa ölkə İŞİD-çilərə məskən versin, açıq şəkildə yardım göstərsin”.
Tədqiqatçı bildirib ki, qansız-amansız terror təşkilatının məktəbini keçənlər istənilən cəmiyyət üçün potensial təhlükədir:
"Həm fiziki dağıdıcı, həm də mənəvi baxımdan olduqca riskli olan İŞİD-ə son verilməlidir. Azərbaycan dövləti də İŞİD-in yaratdığı problemlərə hazır olmalı, ehtiyatlı davranmalıdır. Yaxşı ki, ölkəmizdə İran, Türkiyə və Ərəbistandan gələnlərə viza tətbiqi var. Ancaq yenə də sərhədlərin gücləndirilməsi vacibdir. Ölkəyə qayıdan terrorçu azərbaycanlılar qanunla mühakimə olunmalı, cəmiyyətdən təcrid edilməlidir”.
İsmayıl
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Fevrala kimi 450 min nəfər öləcək - Qorxulu hava XƏBƏRDARLIĞI
07:00 25.09.2026
Maraqlı
İran Avropadakı hərbi bazalara hücumla bağlı xəbərdarlıq edib
06:26 25.09.2026
Region
Hande və CeyLo bir arada
05:05 25.09.2026
Şou
Müasir insanın bu 7 vərdişi onu xəstə edir
04:24 25.09.2026
Sağlamlıq
Azərbaycan daha üç ölkə ilə viza tələblərini sadələşdirib
03:03 25.09.2026
Siyasət
Sin Cinpin və Donald Tramp Ukrayna və Yaxın Şərqi müzakirə edib
01:59 25.09.2026
Dünya
Tiktok bu ölkədə 16,8 milyon dollar cərimə ödəyəcək
01:21 25.09.2026
Texnologiya
Netanyahu: İran hökumətinin süqutu yalnız zaman məsələsidir
00:59 25.09.2026
Gündəm
Türkiyəli nazir istefa verib? - Özü açıqladı
23:55 24.09.2026
Gündəm
Bu bürclər edilən səhvi heç vaxt unutmur - Siyahıda 3 bürc
23:31 24.09.2026
Cəmiyyət
Pakistan və İran liderləri regional vəziyyəti müzakirə ediblər
22:36 24.09.2026
Gündəm
Ərdoğandan Paşinyana mühüm mesaj: Bakı-İrəvan sülhünə dəstək
22:20 24.09.2026
Gündəm
Ərdoğan: Türkiyə iqtisadiyyatına risk yoxdur
21:59 24.09.2026
Gündəm
Nazirlər Kabinetində geniş iclas keçirildi
21:06 24.09.2026
Aktual