İŞİD Kabildəki terrora görə məsuliyyəti üzərinə götürüb





İŞİD terror təşkilatı bu gün Kabildə seçicilərin qeydiyyat mərkəzi qarşısında törədilən terror aktına görə məsuliyyəti öz üzərinə götürüb.


APA-nın məlumatına görə, bu barədə "Reuters" agentliyi məlumat yayıb.


Qeyd edək ki, bu gün yerli vaxtla saat 10.00 radələrində Kabilin Daşt-e-Barçi rayonunda törədilən partlayış nəticəsində 31 nəfər ölüb, 50 nəfərdən çox insan yaralanıb