İŞİD, ƏL-Kaidə və digər müasir terror təşkilatlarında bu imkan, güc yalnız böyük dövlətlərin dəstəyi hesabına ola bilər.
İŞİD məhv olarsa, əvəzində... - Yaranacaq
11:33 30.11.2017
Arxiv
1119
İlqar Altay: " ...Ona oxşar yenisinin yaranması ehtimalı qalır. Böyük, güclü, imkanlı terror təşkilatlarına bir təsir vasitəsi, bir dağıdıcı silah kimi ehtiyac olacaq"
İŞİD, ƏL-Kaidə və digər müasir terror təşkilatlarında bu imkan, güc yalnız böyük dövlətlərin dəstəyi hesabına ola bilər.
"İŞİD kimi güclü terror təşkilatının süqutundan sonra, yeni belə birləşmənin yaranması ehtimalı var”.
Bunu "Sherg.az”a İŞİD terror təşkilatının süqutundan sonra Yaxın Şərqdə baş verəcək dəyişikliklərdən danışarkən İctimai Tədqiqatlar Mərkəzinin rəhbəri, hüquqşünas-politoloq İlqar Altay deyib.
O vurğulayıb ki, bu cür dağıdıcı qüvvələrin özləri yaranmır yaradılır:
"Bunu yaradan isə böyük dünya gücləri, qütbləridir ki, həmin regionda öz böyük qlobal siyasətlərini aparmaq üçün tutarlı vasitə hesab edirlər. Bundan əvvəl Ben Ladenin başçılığı ilə Əl-Kaidə terror təşkilatı yaranmışdı. Niyə hesab olunur ki, bu cür güc və ideya qarışıqlı təşkilatlar yaranmır, ancaq yaradılır? Tarixə fikir versək, indiyədək ASALA, Şimali İrlandiya, Baskların ən güclü sayılan milli, iqtisadi və s. zəmində yaranan təşkilatları güc, imkan baxımından İŞİD, ƏL-Kaidə, Taliban yanında bir heçdirlər.
Onların işi haradasa gizli bir mərkəz yaratmaq və qəfildən haradasa hücuma keçib qətl ya partlayış törədib, aradan çıxmaq olub. Amma heç vaxt xüsusi geyimli və hazırlıqlı hərbi birləşmələrə, tank və toplara, böyük pullara malik olmayıblar. Ölkə ərazisi zəbt edib, ordularla müharibə aparıb, ölkələrə meydan oxuma, özlərini dövlət elan etmə gücü və cürətində olmayıblar.
İŞİD, ƏL-Kaidə və digər müasir terror təşkilatlarında bu imkan, güc yalnız böyük dövlətlərin dəstəyi hesabına ola bilər. Düzdür, o başqa söhbətdir ki, müəyyən zamandan sonra terror təşkilatının əhvalı dəyişir, maraqlar da dəyişir və maraqlar kəsişəndə onu yaradan ölkəyə qarşı da çıxır. Amma yaranan artıq yaranıb və həmin bölgə, region dövlətlərinə, insanlara böyük fəlakətlər gətirir. Yəni İŞİD kimi dağıdıcı terror təşkilatları böyük dünya gücləri üçün bir silah rolunu oynayır. Bu metod qütblərarası müasir soyuq müharibənin alt odlu müharibə qatıdır. Ona görə, nə qədər ki, dünyada böyük güclər var, onlar arasında mübarizə gedir, İŞİD, ƏL-Kaida, Taliban kimi böyük, güclü, imkanlı terror təşkilatlarına bir təsir vasitəsi, bir dağıdıcı silah kimi ehtiyac olacaq. Demək, bu cür İŞİD-lərin yenisinin yaranması ehtimalı qalır”.
Qeyd edək ki, ABŞ Dövlət Departamentinin nümayəndəsi Brayan Xuk ilin sonuna kimi İŞİD-in varlığına son qoyulacağını bildirib.
Aysel Aslan
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual
Dizel bahalaşacaq
20:21 21.09.2026
İqtisadiyyat
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
19:56 21.09.2026
Hadisə
Biləsuvarda açıq ərazidə yanğın söndürüldü
19:34 21.09.2026
Hadisə
Hörmüz boğazında mayeləşdirilmiş təbii qaz tankerinə hücum olub
19:23 21.09.2026
Dünya
Xəzər dənizində zəlzələ olub
18:48 21.09.2026
Hadisə
Rusiya-Ukrayna müharibəsinin sonu hələ görünmür - RƏY
18:35 21.09.2026
Siyasət
Nərimanovda çoxmərtəbəli yaşayış binasında yanğın var
18:19 21.09.2026
Hadisə
Kino xadimləri Prezidentə müraciət edib
18:11 21.09.2026
Mədəniyyət
Nunes: Rusiyadan gələn təhlükə realdır
18:02 21.09.2026
Dünya
Cevdet Yılmaz Azərbaycan səfirini qəbul edib
17:50 21.09.2026
Gündəm
Tonqaldan atlanmaq zərdüştiliyin adəti deyil - Həsən Həsənov
17:49 21.09.2026
Gündəm