
“İslahatlar dövlətə inam yaradır, sosial rifahı artırır” - Ekspert
12:56 30.04.2019
Arxiv
904
Aprelin 30-da Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2019-cu ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirilib. Dövlət başçısı keçən il prezident seçkilərindən sonra islahatların yeni mərhələsinin başladığını və onun icrası üçün məqsədyönlü addımlar atıldığını bildirib. "İslahatlara alternativ yoxdur” - deyən Prezident vurğulayıb ki, son 15 ildə Azərbaycan qədər dünyada inkişaf edən ikinci ölkə yoxdur. Ölkə rəhbəri birinci rübdə büdcə daxilolmalarının artdığını, bununla da əlavə maliyyə resursunun formalaşdığını deyib.
Dövlət başçısı ilin əvvəlindən ümumi daxili məhsulun, sənaye istehsalının, qeyri-neft sənayesinin, kənd təsərrüfatının, əhalinin gəlirlərinin artdığını, ölkə iqtisadiyyatına 2,8 milyard dollar sərmayə qoyulduğunu vurğulayıb. Qeyd edib ki, Dünya Bankının "Doing Business” hesabatında Azərbaycan 25-ci yerə layiq görülüb və 10 ən islahatçı ölkə arasındadır.
İlin əvvəlindən böyük həcmli sosial paketin icra edildiyini deyən Prezident minimum əməkhaqqının, minimum pensiyaların, məcburi köçkünlərə verilən müavinətlərin, tələbələrin təqaüdlərinin və digər sosial müavinətlərin artdığını söyləyib.
Problemli kreditlərlə bağlı məsələnin və vaxtilə tikilən, lakin istismara qəbul edilməyən binalarla bağlı yaranan problemin həll olunduğunu vurğulayıb. "Bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır və vətəndaşın rifahı üçün biz əlimizdən gələni edirik” deyən Prezident regionların sosial-iqtisadi inkişafına dair dördüncü Dövlət Proqramının əhəmiyyətindən danışıb. Dağlıq Qarabağ münaqişəsindən bəhs edərkən dövlət başçısı bildirib ki, bu məsələ ilə bağlı Azərbaycanın mövqeyində heç bir dəyişiklik yoxdur və münaqişə ölkəmizin ərazi bütövlüyü, suverenliyi çərçivəsində, beynəlxalq hüququn normalarına uyğun həll olunmalıdır.
Prezident yekun nitqində hazırda iqtisadiyyatın yeni inkişaf strategiyasının hazırlandığını, ölkədə aparılan islahatların beynəlxalq qurumlar tərəfindən dəstəkləndiyini bildirib. Dövlətimizin başçısı ilin sonuna qədər elektrik enerjisi, qazlaşdırma, içməli su, meliorativ tədbirlər, xarici sərmayələrin cəlbi, məcburi köçkünlər və şəhid ailələrinin yeni mənzillərlə təmin olunması ilə bağlı görüləcək işlərdən danışıb. Son 15 ildə ölkədə 2 milyon yeni iş yerinin yaradıldığını, əhalinin sayının 10 milyona çatdığını, bunun da qarşıda yeni vəzifələr qoyduğunu deyən Prezident bildirib ki, bu il də sosial infrastruktur layihələrinin icrası diqqət mərkəzində saxlanılacaq. Ağsu, İsmayıllı və Şamaxı rayonlarında baş verən zəlzələnin fəsadlarının uğurla aradan qaldırıldığını deyən dövlət başçısı Azərbaycan vətəndaşlarını əmin etdi ki, dövlət hər zaman onların yanında olacaq. Prezident 2019-cu ilin də xalqımız üçün uğurlu olacağına əminliyini ifadə edib.

"Altay” Sosial-İqtisadi Araşdırmalar Mərkəzinin rəhbəri Elçin Bayramlı "Sherg.az”a deyib ki, Prezidentin vurğuladığı məqamları bir çox beynəlxalq təşkilatlar və müstəqil ekspertlər də etiraf edirlər:
"Bu ilin başlanğıcından etibarən iqtisadi və sosial sahələrdə daha əsaslı islahatlar həyata keçirilir. Əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması üçün çoxsaylı addımlar atılıb. Aztəminatlı təbəqələrə qayğı çoxalıb. Gələn ildən tətbiqinə başlanacaq icbari tibbi sığorta isə əhalinin sağlamlığı ilə bağlı ən mühüm işlərdən biridir.
Dövlət və xalq arasında etimad və koordinasiya daha da artıb. Korrupsiyaya qarşı mübarizə güclənib. Dövlət başçısı tez-tez əhali ilə görüşlər keçirir və bu görüşlərdə edilən şikayət və təkilfləri nəzərə alaraq tədbirlər görür. Bütün bunlar həm cəmiyyətdə dövlətə inam yaradır, həm də sosial rifahı artırır. Əminəm ki, bu proses davam edəcək”.
İsmayıl
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Moskava anti-Azərbaycan təbliğatı yenidən güclənir - RƏY
14:53 21.08.2026
Siyasət
İmran Xan tibbi müayinədən sonra həbsxanaya qaytarılıb
14:12 21.08.2026
Dünya
Vens: İranı məğlub etməyin ən yaxşı yolu budur
13:32 21.08.2026
Dünya
Sabah bəzi yerlərdə 40 dərəcə isti olacaq
13:29 21.08.2026
Ekologiya
İsmayıllıda toyda 31 nəfər zəhərlənib - YENİLƏNİB
13:12 21.08.2026
Hadisə
Daşkəsəndə iri qaya parçaları yolu bağlayıb
12:57 21.08.2026
Hadisə
İtlər bu yaşda qocalırlar
12:09 21.08.2026
Maraqlı
Elm dünyası şokda! Yeni orqan kəşf edildi
11:31 21.08.2026
Sağlamlıq
Alyaskada təyyarə qəzaya uğrayıb, 8 nəfər ölüb
10:54 21.08.2026
Dünya
MSK sədri Qazaxıstanda parlament seçkilərini müşahidə edəcək
10:31 21.08.2026
Siyasət
Suren Papikyana qarşı üsyan başlayır
10:28 21.08.2026
Region
KİV: Çin süni intellekt sahəsində ABŞ-yə sürətlə yaxınlaşır
09:57 21.08.2026
Dünya
Vyetnam rusları deportasiya etdi
09:49 21.08.2026
Dünya