"İslamda mollanı 40 gün bəsləyib,cibinə pul qoymaq kimi "adətlər" yoxdur" - İDDİA
14:27 27.12.2016
Arxiv
2334
"Kimsə rəhmətə getdikdə, molla çağırıb onu 40 gün bəsləmək, cibinə pul qoymaq kimi "adətlər" islamda yoxdur".
Bunu Sherg.az-a Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlının "Azərbaycanda reket mollalar da var” iddiasını dəyərləndirərkən ilahiyyatçı alim Elşad Miri söyləyib.
O bildirib ki, islam dinində xristianlıqda, yəhudilikdə, buddizmdə olduğu kimi din xadimi anlayışı yoxdur:
"Bunlar hamısı sonradan ortaya çıxmış, dindən istifadə etmə vasitələridir. Mübariz Qurbanlının reket mollar haqqındakı açıqlaması tamamilə yerindədir. Lakin buna qarşı alternativ addımlar atılması barədə də düşünmək lazımdır. İlk növbədə mətbuata açıqlanmasa da, komitə hətta məscidlərdə məsələ üzərində mətbuata açıqlanmayan bir çox işlər görür. Həmin tədbirlərə dəstək üçün insanlar da məsələdə daha çox məsuliyyətli və cavabdeh davranmalıdır. Məsələn, bir insan vəfat etdikdə, kimisə dəvət edib, Quran oxutmaqdansa, həmin mərasimlərə xərclənən vəsaitlə yetimlərə, qoca və ya uşaq evlərinə yardım etməklə daha çox savab qazanmaq olar. Dində qeyd edilməyən məsələləri peşə halına gətirən insanlar var ki, onlara daha tez təsir etmək olar. Sözsüz ki, işsiz insanı bu istiqamətə çəkərək, bir növ təmin etmək və fəaliyyətinə şərait yaratmaq daha asandır”.
E. Miri onu da əlavə edib ki, bu məsələlərin artmasına səbəb maarifləndirmənin aşağı səviyyədə olmasıdır:
"Mollalardan başqa, bir misal gətirim. Deməli, Amerikada özünü əvvəl Mehdi, indi isə peyğəmbər adlandıran bir şəxs fəaliyyət göstərir. Bu adam özü "Qurani-Kərimi" ərəb dilində üzündən oxuya bilmir, lakin özünü insanlara peyğəmbər kimi qəbul elətdirir. Onun yolu ilə o qədər insanlar gəlir ki, artıq şəxsi televiziyası, saytları fəaliyyətə başlayıb. Hətta Quran tərcüməsi ilə məşğuldur. Ona görə də maarifləndirmə tədbirləri yüksək olmalıdır, bunlardan pul qazanan insanların məsuliyyətli davranışları olmalıdır. Hətta yeri gələrsə, bu məsələlərlə bağlı inzibati cəza tətbiq edilərək, qarşısı alınmalıdır”.
Qeyd edək ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı ilin yekunlarına dair mətbuat konfransında Azərbaycanda reket jurnalistlər olduğu kimi reket mollaların da fəaliyyət göstərdiyini deyib.
Aysel Aslan
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İranda dollar yenidən kəskin bahalaşdı
17:35 06.10.2026
İqtisadiyyat
Fazil Məmmədov nazir müavini təyin edildi
17:12 06.10.2026
Cəmiyyət
Azərbaycan və Böyük Britaniya arasında 4 sənəd imzalandı
16:54 06.10.2026
Gündəm
Abşeron və Bakının 5 rayonunda su olmayacaq
16:48 06.10.2026
İnfrastruktur
Kənd yumurtası bahalaşdı - VİDEO
16:37 06.10.2026
Sosial
Zelenski: Rusiya Ukraynaya kütləvi zərbə hazırlayır
16:17 06.10.2026
Dünya
Bu şəxslərin ailəsinə 20 min manat birdəfəlik müavinət ödəniləcək
16:04 06.10.2026
Sosial
Bayramov ABŞ rəsmisi ilə görüşdü: İrəvanla normallaşma diqqətdə...
15:37 06.10.2026
Gündəm
Milli Məclisin iki komitəsinin birgə iclası keçirilir
15:25 06.10.2026
Aktual
ŞOK OLAY: Süni intellektlə “dirildi”, onu öldürən şəxsi bağışladı
14:58 06.10.2026
Hadisə
Oqtay Gözəlova yüksək vəzifə verildi
14:54 06.10.2026
Sağlamlıq
Azərbaycana məğlubiyyətə görə istefa verdi
14:51 06.10.2026
Futbol
Sərhədi keçən əsgərimizə görə - Ermənistanda istefalar başladı
14:51 06.10.2026
Gündəm