İsmayıl Şıxlının sonbeşiyi: "Uşaqlığımdan, dünyasını dəyişənə kimi atamın yanında olmuşam" - MÜSAHİBƏ

Fərrux Şıxlı: “Doğrudan da zəhmli adam idi, amma elə şərait yaratmışdı ki, sözümüzü deməyə çəkinmirdik"






Bu il Xalq yazıçısı, görkəmli ictimai xadim İsmayıl Şıxlının 100 illik yubileyidir. Böyük yazıçının yubileyinin dövlət səviyyəsində qeyd olunması ilə bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb. Mədəniyyət Nazirliyi İ.Şıxlının yubiley tədbirlərinin silsilə şəkildə keçirilməsi üçün artıq işlərə başlayıb. Bakıda və Xalq yazıçısının doğulduğu Qazax rayonunda geniş tədbirlərin baş tutacağı gözlənilir.
"Şərq" qəzeti olaraq görkəmli ədəbiyyat adamımızın yubileyinə biz də töhfəmizi vermək istədik. " ” üsahibimiz isə mətbuatda az-az görünən İ.Şıxlının sonbeşiyi, oğlu Fərrux Şıxlıdr. Fərrux bəylə söhbətimizdə onun atası ilə bağlı maraqlı xatirələrinə işıq tutmağa çalışdıq.

Fərrux Şıxlı öncə yubiley tədbirləri haqqında qısa məlumat verdi. Qeyd etdi ki, Mədəniyyət Nazirliyi ilə tədbirlərin keçirilməsi məsələlərinin danışıqları aparılır....

- Təxminən may ayının ikinci yarısında Bakıda böyük tədbir keçiriləcək. Sonra, Qazaxda çoxlu silsilə tədbirlərin keçirilməsi nəzərdə tutulub. Bunlarla daha çox Elçin (qardaşı, tanınmış jurnalist Elçin Şıxlınski - A.