İspaniya Facebook-a qarşı təhqiqata başladı




İspaniyanın Məlumatların Qorunması üzrə Agentliyi 137 min nəfərə yaxın ispaniyalı facebook istifadəçisinin məlumatlarının sızdırılmasından şübhələnir.

AZƏRTAC agentliyə istinadla xəbər verir ki, bu istiqamətdə təhqiqatlara başlanılıb.

Qeyd edək ki, bu, Məlumatların Qorunması üzrə Agentliyin Facebook şirkətinə qarşı ilk iddiası deyil. 2017-ci ildə agentlik ABŞ şirkətini 1,2 milyon avro məbləğində cərimə etmişdi. Bu dəfə açılmış yeni təhqiqatın azı bir il yarım vaxt aparacağı gözlənilir.