İsrail "erməni soyqrımı"nın tanıdılmasını əngəlləyir - POLİTOLOQ




İsrail Azərbaycanın ərazi bütövlüyünü tanıyır və ermənilərin qondarma soyqrımının tanınması cəhdlərinin qarşısını alır.

Bu sözləri Sherg.az- İsrailin baş naziri Benyamin Netanyahunun Azrbaycan səfərini şərh edərkən politoloq Zərdüşt Əlizadə söyləyib. 

Ekspert bildirib ki, Azərbaycanla İsrailin geniş siyasi və iqtisadi əlaqələri mövcuddur: 

"Azərbaycan İsrailə müəyyən qədər neft satır və əvəzində isə bu ölkədən yüksək keyfiyyətli silahlar alır. Bu iqtisadi cəhətdir. Siyasi cəhət isə odur ki, Amerikada böyük nüfuz sahibi olan yəhudi lobbisi Azərbaycan hökumətini müdafiə edir. Bir sözlə, siyasi arenada İsrail Azərbaycanın və bütün dünya türklərinin mövqeyini dəstəkləyir. Bütün bunların hamısı Azərbaycanla İsrailin yaxınlaşmasının obtektiv səbəbləridir". 

İranın Azərbaycan İsrail münasibətlərinə qısqanc yanaşmasına gəlincə, Z. Əlizadə qeyd edib ki, bu, Bakı Tehran münasibətlərinə kölgə salmır: 

"Ola bilsin ki, biz də cənub qonşumuzun hansısa dövlətlə yaxınlaşmasına sevinmirik. Amma bu narazılığı özümüzdə saxlayırıq. Qonşu dövlətin daxili işlərinə qarışmırıq. İstəyirik ki, onlar da bizim daxili işlərimizə müdaxilə etməsin. 

Qeyd edək ki, İsrailin baş naziri Benyamin Netanyahunun dekabrın 13-də Azərbaycana səfərə gələcək. Səfər çərçivəsində iki ölkə arasında iqtisadi sahədə əməkdaşlığa dair bir sıra sənədlərin imzalanması gözlənilir.

Ayyət Əhməd