"İsraillə Azərbaycan arasında silah satışı barədə razılaşmalar..."
16:43 13.09.2017
Arxiv
1279
Fikrət Sadıqov: "Bu dövlətlə hərbi-texniki əməkdaşlığın inkişaf etməsi Azərbaycanın maraqlarına cavab verən haldır"
"İsrail-Azərbaycan münasibətləri yaxşı səviyyədədir və müsbət istiqamətdə inkişaf edir”.
Bunu "Sherg.az”a Azərbaycan müdafiə naziri, general - polkovnik Zakir Həsənovun İsrailə səfərinin əhəmiyyətindən danışarkən politoloq Fikrət Sadıqov deyib.
O bildirib ki, neft, enerji, humanitar və s. sahələrdə İsrail dövləti ilə əlaqələr yüksək inkişaf edir:
"İsrail- Azərbaycan arasında silah satışı barədə razılaşmalar da bu əməkdaşlıqların təzahürüdür. Son illər müxtəlif silahları bu dövlətdən almışıq və səmərəli şəkildə istifadə edirik.
Sentyabrın 11-də isə Azərbaycanın müdafiə naziri Zakir Həsənovun İsrail Dövlətinin müdafiə naziri Aviqdor Libermanın dəvəti ilə Təl-Əviv şəhərinə yola düşməsi, önəmli müzakirələr aparması və bir sıra silahların alınması da Azərbaycanın maraqlarına xidmət edir”.
Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin silah anbarında baş verən partlayışda Rusiya izlərinin olmasına gəlincə, politoloq bəyan edib ki, bunu ehtimal kimi səsləndirmək olar:
"Lakin inanmıram ki, ruslar, yaxud başqa kimsə həmin silah anbarlarını yandırmağa cəhd göstərsin. Çünki bu xırda təxribatdır. Əgər biz İsraildən, Rusiyadan, digər ölkələrdən silah alırıqsa, onların anbarların yandırılmasına və silahların partladılmasında maraqlı olması real deyil. Həmin anbarlarda rusların bizə satdığı silahlar da var idi.
Bütün bunlara rəğmən, təxribat törətmək istəyənlər, Azərbaycana qarşı düşmənçilik mövqeyindən çıxış edənlər kifayət qədər çoxdur. Erməni qonşularımız, onlara xidmət edən qüvvələr belə təxribatlar törədə bilərlər. Onların bütün fəaliyyəti təxribatlarla bağlıdır.
Düşünürəm ki, İsraillə əlaqələrimiz bundan sonra da inkişaf edəcək. Bu dövlətlə hərbi-texniki əməkdaşlığın inkişaf etməsi Azərbaycanın maraqlarına cavab verən haldır”.
Qeyd edək ki, Müdafiə Nazirliyindən verilən məlumata görə, rəsmi səfər çərçivəsində Z.Həsənovun İsrailin müdafiə naziri ilə görüşü, Silahlı Qüvvələrin Komanda və İdarəetmə Mərkəzini, müdafiə sənayesi sahəsində fəaliyyət göstərən müəssisələri ziyarət etməsi və digər tədbirlərdə iştirakı nəzərdə tutulub.
Aysel Aslan
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Fevrala kimi 450 min nəfər öləcək - Qorxulu hava XƏBƏRDARLIĞI
07:00 25.09.2026
Maraqlı
İran Avropadakı hərbi bazalara hücumla bağlı xəbərdarlıq edib
06:26 25.09.2026
Region
Hande və CeyLo bir arada
05:05 25.09.2026
Şou
Müasir insanın bu 7 vərdişi onu xəstə edir
04:24 25.09.2026
Sağlamlıq
Azərbaycan daha üç ölkə ilə viza tələblərini sadələşdirib
03:03 25.09.2026
Siyasət
Sin Cinpin və Donald Tramp Ukrayna və Yaxın Şərqi müzakirə edib
01:59 25.09.2026
Dünya
Tiktok bu ölkədə 16,8 milyon dollar cərimə ödəyəcək
01:21 25.09.2026
Texnologiya
Netanyahu: İran hökumətinin süqutu yalnız zaman məsələsidir
00:59 25.09.2026
Gündəm
Türkiyəli nazir istefa verib? - Özü açıqladı
23:55 24.09.2026
Gündəm
Bu bürclər edilən səhvi heç vaxt unutmur - Siyahıda 3 bürc
23:31 24.09.2026
Cəmiyyət
Pakistan və İran liderləri regional vəziyyəti müzakirə ediblər
22:36 24.09.2026
Gündəm
Ərdoğandan Paşinyana mühüm mesaj: Bakı-İrəvan sülhünə dəstək
22:20 24.09.2026
Gündəm
Ərdoğan: Türkiyə iqtisadiyyatına risk yoxdur
21:59 24.09.2026
Gündəm
Nazirlər Kabinetində geniş iclas keçirildi
21:06 24.09.2026
Aktual